OPEK Vyanada toplanir: neftin taleyi

10:28 – xeber – Bu gün Vyanada OPEK-ə üzv ölkələrin növbəti görüşü baş tutacaq.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, üzv ölkələr hasilatın azaldılması, bazarlarda qiymətlərin bərpasını müzakirə edəcək.
 
Neft ölkələrinin apreldə baş tutan görüşündə Səudiyyə Ərəbistanı və İran arasındakı fikir ayrılığına görə razılaşma əldə olunmayıb.
 
Adını açıqlamayan Səudiyyə rəsmiləri Ər-Riyadın OPEK ölkələri ilə artan problemlərini azaltmaq üçün əldə olunacaq hər hansı bir razılaşmanı nəzərdən keçirəcəyini bildirib.
 
“Səudiyyə Ərəbistanı hər kəsin düşündüyünün əksinə olaraq, əməkdaşlığa hazırdır”, – İngiltərənin “Enerji Əspekt” şirkətinin baş analitiki Amrita Sen “Blumberq” agentliyinə deyib.
 
Bəzi analitiklər isə iddia edir ki, OPEK ictimaiyyətə və bazarlarda qiymətlərə müsbət təsir etməsi üçün formal da olsa, birlik nümayiş etdirəcək.
 
Qeyd edək ki, birjalarda neftin qiyməti 2014-cü ilin iyunundan etibarən ucuzlaşmağa başlayıb. Neftin ucuzlaşmasına başlıca səbəb kimi hasilatın çoxluğu göstərilir. 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org