16:52 – xeber – Neft bazarlarında pis dövr geridə qaldı.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə OPEK-in Baş katibi Abdulla Səlim Bədri deyib.
“Neft bazarları yaxşılaşıb, qiymətlər yüksəlib. Düşünürəm ki, pis dövr geridə qaldı. Mən qiymətlərin qalxacağını gözləyirəm”, – Bədri bildirib.
Qeyd edək ki, hazırda Vyanada OPEK-ə üzv ölkələrinin növbəti görüşü keçirilir. Görüşün başlıca mövzusu hasilatın azaldılması və bazarlarda qiymətlərin bərpasıdır.