“Ondan otru dehsetli derecede darixiram…”

08:30 – xeber – Axar.az-ın “Bir abzas” layihəsində hər hansı ədəbiyyat adamı haqda həmkarlarının fikirlərini təqdim edirik. Layihənin üçüncü qonağı Milli Kitab Mükafatı və III Nəsimi Milli Kitab müsabiqəsinin birincisi olmuş yazıçı Pərviz Cəbrayıldır.
 
Yazıçı, tərcüməçi Cəlil Cavanşir Pərviz Cəbrayılın yaradıcılığı haqda fikirlərini bir abzasa sığdırmağa çalışıb:
 
“Mərhum dostumuz Rafiq Tağı yazırdı: “Pərvizdən söz demək, türklər demiş, zor bir iş… Zaman onun yaradıcılığına insafsızlıq edib, uzun sürə onu görmək istəməyib. Heyhat, onsuz da zamanda zövq yox…” Zaman keçdikcə bu fikir təsdiqini tapdı. Pərvizin yaradıcılığını diqqətlə izləyən hər kəs razılaşar ki, ona qarşı nəinki zaman, hətta dostları, görüşəndə yaradıcılığına tərif yağdıranlar da inadkarlıqla susublar. Bəli, məncə, Pərviz Cəbrayıl ədəbiyyatımızda haqqını almayan, layiq olduğu qədər təbliğ olunmayan qələm adamlarındandır. Ədəbi tənqid, ədəbi mühit Pərvizə qarşı çox insafsızlıq edib və bu ədalətsiz yanaşma, laqeydlik hələ də davam edir. Pərvizin şeirləri, romanları, publisistikası təbliğatdan və diqqətdən kənardadır. Onun şeirlərinin də, publisistikasının da, son illərin ədəbi hadisəsi sayılacaq “Yad dildə” romanının da üstündən təkcə zaman yox, qələm adamları da, oxucular da ədalətsizcəsinə, laqeydcəsinə ötüb keçir. “Öləngi”ni, “Yad dildə”ni hansısa vəzifəli, imtiyazlı, məmurlaşmış yazıçı yazsaydı, ədəbi mühit ona tərif yağdırmaq üçün növbəyə dayanar, onun tərifini göylərə qaldırardı. Pərviz kənardan nə qədər soyuqqanlı, adamayovuşmaz görünsə də, istiqanlı, insanları sevməyi bacaran, dostcanlı və orijinal insandır. Sözsüz ki, onun yaradıcılığı da ədəbiyyatımızda özünəməxsusluğu ilə, orijinallığı ilə seçilir və fərqlənir. Əminəm ki, Pərvizə qarşı ədalətsiz davranan “zövqsüz zaman” ondan üz çevirməyəcək, ədalət bərqərar olacaq və dostumuz haqqını alacaq. Bilmirəm, bəlkə də Pərviz şöhrətdən, təbliğ olunmaqdan, gündəm yazıçısı olmaqdan özü qaçır, kənar dayanır. Hər halda, Pərvizə qarşı münasibət bir dost kimi, onun oxucusu kimi və qələm adamı kimi məni qane etmir. Amma dəqiq bilirəm ki, mən Pərviz Cəbrayılı bir dost kimi, yazıçı kimi, insan kimi çox sevirəm və son vaxtlar ondan ötrü dəhşətli dərəcədə darıxıram. Necə deyirdi Pərviz?
 
Gizlənqaç oynama Haqnan,
Nə böyüknən, nə uşaqnan
İçin görünür uzaqdan,
Aynalı, şüşəli adam”…

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org