“Ondan hec ne sorusmaq lazim deyil” – Bir abzas

08:45 – xeber – Axar.az-ın “Bir abzas” layihəsində hər hansı ədəbiyyat adamı haqda həmkarlarının fikirlərini təqdim edəcəyik. Layihənin ilk həftə üçün qonağı yaxın günlərdə 62 yaşını qeyd edən Azərbaycan şairi Əlisəmid Kürdür.
 
Tənqidçi, ədəbiyyatşünas və tərcüməçi Cavanşir Yusiflinin şair Əlisəmid Kürün yaradıcılığı haqda fikirlərini təqdim edirik:
 
“Əlisəmid Kür elə Kür kimidir: şairin şeirə çevrilməsi prosesi necə olur, – bunu zənnimcə, Əlisəmiddən başqa kimsə eləyə bilməz. Fransız poeziyasında bir Fransua Viyyon olub, mən Əlisəmidi ona bənzətmək istəməzdim, ancaq o da köhnə məzmunu və artıq sıradan çıxmaqda olan mətləbləri yeni donda, yeni lisanda göstərməyə cəhdlər edib. Əlisəmid şeirləri oxunmaq üçündür, həyəcanlanmaq, həyatı başa düşmək yox, başdan eləmək üçündür bu şeirlər bəlkə də, bilmirəm. Ancaq bir şey var ki, o, nə sərbəst, nə heca, nə də başqa bir forma haqqında düşünmədən yazır, nəticədə xalis poeziya doğulur, sənin ürəyində tutduğun niyyətin ritminə uyğun. Elə şeylər yazır ki, artıq şeir haqqında düşünməyəsən. Həyatda israfçı olsa da, poeziyada az yazan, yazdıqlarını saxlayan şairdir. Ondan ədəbiyyat haqqında heç nə soruşmaq lazım deyil, çünki bunların hamısını şeirlə ifadə edir”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org