Ölum hokmu Azerbaycanda berpa oluna bilermi? – Aciqlama


[r32]
– xeber –
Milli Məclisin bir neçə qadın deputatı ailə-məişət zəminində qətllərin sayının artmasının səbəbləri və bunların aradan qaldırılması üçün hansı yolların olması ilə bağlı Şərq.az-ın suallarını cavablandırıb. Elmira Axundovanın bu kimi halların aradan qaldırılması üçün ölüm hökmünün bərpa edilməsi təklifi isə birmənalı qarşılanmayıb.
Mövzu ilə bağlı Axar.az-ın suallarını cavablandıran hüquqşünas Fərhad Mehdiyev bildirib ki, ölüm hökmünün bərpası beynəlxalq hüquq və insan hüquqları baxımından düzgün deyil:
“İlk növbədə, Azərbaycan Avropa Şurasına üzv ölkədir. Əgər belə bir məsələ ortaya atılarsa, onda gərək Avropa Şurasına üzvlükdən çıxaq. Çünki dövlətlər Avropa Şurasına üzv olanda ölüm cəzasını qanunvericilikdən yığışdıracağına, ya da tətbiq etməyəcəyinə dair öhdəlik götürürlər. Biz Avropa Şurasında qala-qala bu cəzanı tətbiq edə bilmərik. Hazırda təkcə Avropa Şurasında deyil, bütün dünyada ölüm cəzasının yığışdırılması kimi tendensiya var”.
F.Mehdiyev qeyd edib ki, beynəlxalq hüquqa əsasən, qatı cinayətkarların belə vaxtından əvvəl azadlığa buraxılması mümkündür:
“Ancaq bu nəticəyə gəlmək üçün ilk növbədə həmin şəxsin həbsdə olduğu yerdə özünü aparması müəssisə müdiri tərəfindən sənədləşdirilməlidir. Bunlar nəzərə alınaraq, həmin şəxslər vaxtından əvvəl həbsdən buraxıla bilir. Yəni müasir cinayət hüququnda qatı cinayətkarlar cəzalarının 25 ilini çəkdikdən sonra islah olunduqlarına dair kifayət qədər ciddi dəlillər ortaya qoya bilirlərsə, qaldığı yerin müdiriyyəti tərəfindən onların lehinə bir sənəd varsa, o zaman onların cəzası azaldıla, yaxud da şərti olaraq azadlığa buraxıla bilərlər”.
F.Mehdiyev vurğulayıb ki, əgər ömürlük həbs cəzası verilən şəxs xüsusi təhlükəli cinayətkardırsa, onun vaxtından əvvəl azadlığa çıxması, yaxud əfvdən yararlanması təmin olunmaya bilir:
“Doğrudur, həmin şəxslərin qaldığı həbsxanada bu tələblərlə çıxış etməsi üçün heç bir əngəl yoxdur. Ancaq onun bu müraciətinə müsbət cavab verilməsi çox az hallarda baş verə bilər”.
F.Mehdiyev Avropa və ABŞ-da da qatı cinayətkarlara qarşı tətbiq olunan cəzalar barədə məlumat verib:
“ABŞ-da ölüm hökmü saxlanılsa da, tətbiq edilmir. Bu ölkələrdə də ömürlük həbs cəzası alanlara əfv ilə həbsxanadan çıxma imkanları tanınır. Amma bu o demək deyil ki, həmin insanların müraciət edən kimi həbsdən çıxmasına izn verilir. Avropada və Amerikada həbsin məqsədləri fərqli olur. Avropada insanları həbs etməyin əsas məqsədi həmin şəxsi islah etməkdir. Yəni bu islah hətta ömürlük azadlıqdan məhrum edilən məhbuslar üçün də nəzərdə tutulur. Əgər müəyyən müddət keçdikdən sonra şəxs islah olduğunu şübhəyə yer buraxmayacaq şəkildə sübut edirsə, onu vaxtdan əvvəl həbsdən çıxarmaq mümkündür”.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org