Ölkemize qarsi texribatin qarsisini alindi

21:12 – xeber – Azərbaycan diaspor təşkilatlarının iyunun 7-də Berlində birgə təşkil etdiyi aksiya ilə eyni vaxtda “Sərhədsiz reportyorlar” jurnalistləri müdafiə təşkilatı ölkəmiz əleyhinə piket keçirməyə cəhd edib.
 
Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a bildiriblər ki, “Sərhədsiz reportyorlar”ın təşkil etdiyi aksiyada qondarma "Dağlıq Qarabağ respublikası”nın da “bayrağı” qaldırılıb. Azərbaycan diasporunun nümayəndələri təşkilatın üzvlərinə yaxınlaşaraq, separatçı rejimin “bayrağı”nın hansı məqsədlə bu aksiyaya gətirildiyinə dair izahat tələb ediblər. “Sərhədsiz reportyorlar” təşkilatının üzvləri azərbaycanlıların təkidli sorğularına susaraq cavab verməyiblər. Yalnız soydaşlarımızın təkidli etirazlarından sonra təşkilat üzvləri həmin bayrağı yığışdırıblar.
 
Azərbaycan diaspor təşkilatları “Sərhədsiz reportyorlar” jurnalistləri müdafiə təşkilatının aksiyasında baş verən bu insidentlə bağlı həmin qurumun mərkəzi ofisinə xüsusi sorğu göndərməyi planlaşdırır. Sorğuda qurumun təşkil etdiyi aksiyada separatçı rejimə dəstək ifadə edilməsinə dair izahat verilməsi tələb olunacaq.
 
Xatırladaq ki, iyunun 7-də Berlin Azərbaycan Evinin, Bilefeld Alman-Azərbaycan Mədəniyyət Mərkəzinin, Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin və Azərbaycanlı Tələbələr Şəbəkəsinin (ASN) təşkilatçılığı ilə Azərbaycan diaspor təşkilatlarının Berlində aksiyası keçirilib. Aksiyada 200-dən çox həmvətənimiz iştirak edib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org