Ölkede "halal otel"ler yaradilir: mehrem otaq, islami… – Video


[r32]
– xeber –
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Halal idarəetmə sistemi-otellər" adlı dövlət standartı layihəsi hazırlanır.
Xəzər xəbər məlumat verir ki, layihədə halal xidmət təklif edən mehmanxanalara ümumi tələblər qoyulub. Bu tələblərə görə, halal xidmət göstərən mehmanxanalar müştərilərinə təqdimat zamanı verilən öhdəlikləri yerinə yetirilməlidirlər. Qonaqları aldatmağa yönələn reklam, kampaniya, qiymətlərə yol verilməməli, xidmətlərə, qonaqların dini həssaslıqlarına maksimum diqqət göstərilməlidir.
Layihənin müəlliflərindən biri, Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərovun sözlərinə görə, sanitariya-gigiyena üzrə tələblərin gözlənilməsi üçün istifadə edilən kimyəvi maddələr və materiallar halal sahədə istifadəyə uyğun olmalıdır.
Məhrəm bölgələrdə otaqlar, duş yeri, hovuzlar, masaj salonları, soyunma otaqlarında video və səs qeydi aparılmamalı, kişi və qadınlar üçün ayrıca müəyyən edilən sahələrdə həmcins işçilər xidmət etməlidir. İşçilər müəyyənləşdirilmiş qaydada tibbi baxışlardan keçirilməli və onların fəaliyyəti sanitariya-gigiyena normalarının tələblərinə uyğun olmalıdır. Mehmanxana işçilərinin geyimləri İslam əxlaqına zidd olmamalıdır.
Layihəyə əsasən, standartın ilkin yoxlama müddəti 2022-ci il, dövrü yoxlama müddəti isə 5 ildir.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org