Ölkədə epidemioloji nəzarət gucləndirildi

19:27 – xeber – Son dövrlərdə dünya əhalisini təşvişə salan donuz qripinə yoluxma halları Azərbaycanda qeyd olunmayıb.
 
Axar.az Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin yaydığı məlumatda qeyd edilib:
 
“Ölkəmizdə mövsümi qripin və digər kəskin respirator infeksiyaların səviyyəsi isə son illərin orta göstəricisini aşmayıb. Lakin bütün sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi ölkəmiz üçün real təhlükə kəsb etdiyindən qarşımızda potensial təhlükə yaratmaqla profilaktik, müalicəvi və əksepidemioloji tədbirlərin həyata keçirilməsi üçün imkanların və resursların mobilləşdirilməsini tələb edir.
 
Bu məqsədlə hələ 8 dekabr 2015-ci il tarixində Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən müvafiq əmr imzalanıb.
 
Əmrdə ağır kəskin respirator xəstəliklərin dezinfeksiya rejiminə ciddi riayət edilməsinə dair nəzarətin gücləndirilməsi tapşırılıb.
 
Qeyd etmək istərdik ki, qriplə mübarizə məsələlərində əhali əhəmiyyətli rol oynayır. Bu baxımdan da əhalinin maarifləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, donuz qripi mövsümi qripdən daha ağır cərəyan edir. Hava-damcı yolu ilə yoluxan xəstəliyin intoksikasiya simptomları – qusma, ishal, güclü baş ağrısı ilə başlayır, yüksək hərarət, tənəffüsün çətinləşməsi, tənginəfəsliklə müşahidə olunur.
 
Mövsümi qripdə ağırlaşma 10-15 gün keçdikdən sonra baş verdiyi halda bu virusda xəstəliyin 2-3-cü günlərində ağırlaşmalar müşahidə olunur. Həmçinin daxili orqanlar, xüsusən ağ ciyərlər zədələnir.
 
Əhalidən xəstəliyin əlamətləri özünü biruzə verdiyi andan səhiyyə müəssisəsinə müraciət etmək, xüsusi qoruyucu maskalardan istifadə etmək, şəxsi gigiyenaya riayət etməsi xahiş olunur.
 
Vətəndaşlara epidemioloji vəziyyəti gərgin olan ölkələrə səfər etməmək, əhalinin kütləvi toplaşdığı – mədəni və digər tədbirlərdə iştirak etməməyi tövsiyə olunur”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org