Öldurulen qizil alvercisinin avtoritetle elaqesi ortaya cixdi

6 Yanvar 2016 17:22 – xeber –
Bakıda amansızlıqla qətlə yetirilən sahibkar qadının məşhur avtoritetlə əlaqələrinin olduğu üzə çıxıb.
Olkem.az axar.az-a istinadən bildirir ki, öldürülən "Jewelleri" zinət əşyaları mağazasının sahibəsi Məryəm Namədzadə "Atbaş" ləqəbi ilə tanınan avtoritet İlqar Cəbrayılovun yaxın adamı olub. 2012-ci ilə qədər İ.Cəbrayılov M.Namədzadənin himayəçisi kimi tanınıb.
Məşhur avtoritet "Ded Xasan" klanının tanınmış azərbaycanlı üzvü olub. O, Aslan Usoyanın mühafizəsinə cavabdeh idi. Həmçinin, klanda azərbaycanlılardan ibarət qruplaşmaya məsul şəxs təyin olunmuşdu. 2012-ci ildə "Ded Xasan"ın qətlindən bir neçə ay sonra "Atbaş" da öldürülüb. 52 yaşlı İ.Cəbrayılov Moskvanın "Presnenskiy val" adlanan ərazisində qətlə yetirilib. Moskva İstintaq Komitəsinin məlumatında ölən şəxsin adı İlqar Əliyev kimi göstərilib. Ehtimal olunur ki, hadisə baş verən yerdə axtarış apararkən Cəbrayılovun istifadə etdiyi bu soyadla yazılan sənəd tapılıb. O, Bakıdakı Yasamal qəbiristanlığında dəfn olunub. Mərhum iş adamı şou-biznes nümayəndələrinə yaxınlığı ilə də tanınıb.
Qeyd edək ki, M.Namədzadə paytaxtın Nəsimi rayonu ərazisində, Feyzulla Qasımzadə küçəsində yaşadığı evdə qətlə yetirilib. Evə soxulan şəxslər ona 43 bıçaq zərbəsi vurublar. İlkin ehtimallar belə idi ki, mənzilə basqın qızıl-zinyət əşyalarının ələ keçirilməsi məqsədi daşıyıb. Lakin sonradan bəlli olub ki, basqınçılar mənzildən qızıl-zinət əşyalarını götürməyiblər. Qətlin digər motivlə törədildiyi ehtimalı var. Faktla bağlı cinayət işi başlanılıb. Hələlik saxlanılan yoxdur.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org