Oktyabr sarayinda qarsidurma: 32 polis yaralandi – Yenilendi


[r32]
– xeber –
16:07
Odessa əyalətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin tərəfdarları prezidentin impiçmenti haqqında qanunun qəbul edilməsi üçün Kiyevdə yürüşə başlayıblar.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, məlumata görə, Saakaşvilinin tərəfdarları Şevçenko parkından Maydana doğru gedən yolun hərəkət hissəsində mütəşəkkil bir sütunla hərəkət edirlər. Əllərində Ukraynanın dövlət bayraqları və ukraynalı millətçilərin qırmızı-qara bayraqları var. Kiyevin mərkəzindəki yürüş səbəbi ilə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.
Qeyd edək ki, Maydana çatdıqdan sonra Saakaşvilinin tərəfdarları qarşısında gələcək planları barədə çıxış etməsi gözlənilir.
18:24
Saakaşvili tərəfdarları Kiyevin mərkəzində yerləşən Oktyabr sarayını ələ keçirib.
Bu barədə RİA məlumat yayıb.
Milli qvardiyanın müqavimətinə baxmayaraq, nümayişçilər giriş qapısını qırıb və saraya daxil olublar. Aksiya iştirakçılarına qarşı yanğınsöndürmə vasitələrindən istifadə edilsə də, bir nəticə verməyib.
Hətta qarşıdurma zamanı partlayıcı maddənin işə düşdüyü və bir neçə nümayişçinin yaralandığı bildirilib.
***
19:00
Mixail Saakaşvilinin çağırışı ilə nümayişçilər ələ keçirdikləri Oktyabr sarayını tərk ediblər.
Məlumata görə, kütlə Müstəqillik meydanına doğru hərəkət etməyə başlayıb.
Gürcüstanın eks-prezidentinin bildirdiyinə görə, hazırda sözügedən sarayda konsert gedir və insanların xəsarət almaması üçün oranı tərk etmək lazımdır:
“Gəlin, Maydana doğru hərəkət edək. Xahiş edirəm, birlikdə gedək”.
Yalnız bu çağırışdan sonra nümayişçilərin böyük bir hissəsi sarayı tərk edib.
***
Oktyabr sarayının ətrafında baş verən qarşıdurmalar zamanı 32 polis əməkdaşının yaralandığı bildirilib.
Bu barədə Kiyev polisi məlumat yayıb.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org