[r32]
– xeber –
CHP sədri Kamal Kılıçdaroğlu hərbi xidmətdə olan oğlunun Afrinə göndərilə bilməyəcəyini deyib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə siyasətçi “Milliyət”ə danışıb.
“Oğlumu Afrinə göndərməzlər, çünki lazımı qədər təlimi yoxdur. Xidmətdən qayıdıb evlənmək hazırlıqlarına başlayacaq”, – Kılıçdaroğlu bildirib.