Öcalandan Gulen haqda sok sozler

12:54 – xeber – Bütün səylərimə baxmayaraq, hörmətli Ərdoğanı Gülən camaatından uzaqlaşdıra bilmədik. 
 
Axar.az-ın xəbərinə görə, bu sözləri PKK lideri Abdullah Öcalan deyib. 
 
2013-cü ildə HDP-nın İmralıya gedən heyətinin Öcalanla etdiyi söhbətdən sonra çap olunan “Demokratik qurtuluş və azad həyat” adlı kitabdan seçmələrin növbəti hissəsi mətbuatda tirajlanıb.
 
Sözügedən kitabda əksini tapan PKK liderinin sözlərinə görə, Fətullah Gülən camaatı baş naziri bütünlüklə özünə bağlayıb: “Gülən əfəndi Xomeyni kimi Ankaraya gəlsəydi, İrandakı vəziyyət təkrarlanacaq və bütün müxalifəti məhv edən faşizm başlayacaqdı. Gülən camaatının mərkəzi ABŞ-dır. 
 
Mənə görə, Fətullah bədbəxt adamdır. Mən bura (İmralı həbsxanasını nəzərdə tutur – red.) salınandan Gülən də ABŞ-da saxlanılır. Nur hərəkatını incələyin. Səid Nursi qədim Nurs kəndindəndir. Bu, köhnə erməni kəndidir. Gülən 120 dövlətdə məktəb açıb. Bu pullar haradan gəlir?”
 
Xatırladaq ki, 2013-cü il 17 dekabrdan Ərdoğan dövlətin içinə sızan “paralel yapı”ya (Gülən camaatının dövlət içində dövlət yaratması) qarşı mübarizəyə start verib.   

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org