Obama qadinla gorusə getdi – Foto

16:51 – xeber – ABŞ prezidenti Barak Obama maraqlı addım atıb.
 
Publika.az-ın məlumatına görə, Ağ Ev rəhbəri gözlənilmədən 12 ay əvvəl ona məktub yazmış qadınla görüşə gedib. Nebraska ştatında yerləşən Omaxa şəhərinə yola düşən prezident Lisa Martin və əri Cozefin qonağı olub. 
 
Qadın bir il əvvəl prezidentə yazdığı məktubda xoşbəxt  gələcəyə inanmadığını vurğulayıb. Bildirib ki, övladının gələcək həyatının yaxşı olacağına inanmır. Lisa Martin məktubunda “mənim oğlumun yaşayacağı planetdə sakitlik, çiçəklənmə olacaqmı” sualını verib: “Təəssüf ki,  dünyanın daha pis olacağını düşünürəm. Uşaqlarımız köməksizdir və bu məsələlərdə məsuliyyət bizim çiynimizə düşür”.
 
Qadın Obamanın bu məktuba hər hansı formada cavab verəcəyinə inanmayıb. Prezident isə öz növbəsində Lisa Martinə məktub yazmaq əvəzinə onun ailəsi ilə görüşmək qərarına gəlib.
 
Korteclə qadının yaşadığı yerə gedən Obama 40 dəqiqə ərzində Lisa Martinlə, həyat yoldaşı və qonşuları ilə söhbət edib. ABŞ-ın gələcəyi ilə bağlı nikbin sözlər deyən prezidenti bildirib ki, ölkəsini xoş günlər gözləyir. Obama 2016-cı ilin ölkə vətəndaşları üçün uğurlu keçəcəyini, gələcəkdə də xoşbəxtliyin onun ölkəsində bərqərar olacağını vurğulayıb. 
 
Obama sonda gənc ailəyə xoşbəxt yeni il arzulayaraq onlardan ayrılıb.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org