22:44 – xeber – ABŞ Prezidenti Barak Obama keçmiş dövlət katibi Hillari Klintonun namizədliyini dəstəklədiyini açıqlayıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Obama Demokratlar Partiyasından prezidentliyə namizəd Berni Sanders ilə görüşündən sonra bu barədə fikir bildirib.
Qeyd edək ki, Berni Sanders və Hillari Klinton Respublikaçılar Partiyasından namizəd Donald Trampın ən ciddi rəqibləri sayılır.