“O, daha cox siyasi xarakter dasiyir”

08:45 – xeber – İlqar Türkoğlu vaxtilə hüquq mühafizə orqanlarında çalışıb. Ədəbi yaradıcılıqla məşğul olur, şairdir. Səs-sorağı tez-tez ölkə xaricindən gəlir. Bu günlərdə onunla həmsöhbət oldum:
 
– İlqar Türkoğlunun işinin adı nədir?
 
– Dəyərli dostlarla bərabər, Azərbaycanın, eləcə də türk dünyasının birliyi naminə, cahilliyə, cəhalətə qarşı apardığım mübarizə əsas işimdir. Hazırda İntellektual Hüquq Mərkəzinin təsisçisi və direktoru vəzifəsində çalışıram.
 
– Yəni nə iş görürsünüz?
 
– Bu sahədə işimiz əsasən, mülki, inzibati, cinayət, müəlliflik və əlaqəli hüquqlar, eləcə də vergi, audit xidmətlərinin göstərilməsindən ibarətdir. Burada da işimin adı xarakterinə uyğun olaraq hər zaman haqqın yanında olub, ədalətin qələbəsi üçün canı-dildən mübarizə aparmaqdır.
 
Belə tədbirlərdən mənəvi zövq alıram
 
– Səni tez-tez Azərbaycanda, Türkiyədə ədəbi tədbirlərdə görürük. Yorulmursan ki?
 
– Əksinə, yorulmaq yox, belə tədbirlərdən mənəvi zövq alıram. Ədəbi tədbirlərə tez-tez qatılmağımın əsas səbəbi dostlarımın demək olar ki, çoxunun ədəbiyyat və sənət insanları olmasından irəli gəlir. Doğrudur, mən tez-tez Türkiyədə keçirilən istər ədəbi, istərsə də siyasi tədbirlərə dəvətli olaraq qatılıram. Bu tədbirlər içərisində ara-sıra siyasi müzakirə xarakterli görüşlər də olur. Dövlət təşkilatı olaraq Türkiyə Milli Düşüncə Mərkəzinin keçirdiyi tədbirlər daha çox siyasi xarakter daşıyır.
 
– Elə isə de, bir də görürsən ki, bir dəstə yazı-pozu adamı süvar oldu və səsləri Türkiyənin ayrı-ayrı şəhərlərindən gəldi. İçərilərində sənin kimi ciddi qələm adamları da olur, imzası heç yerdə tanınmayan da. Görürsən, müşahidə edirsən, de görək o yazarlar bizim ədəbiyyatı necə təbliğ edir?
 
– Doğrudur, son iki onillikdə tez-tez Azərbaycandan Türkiyədə keçirilən Uluslararası Türk Dünyası Şeir, Sənət və Musiqi festivallarına, eləcə də müxtəlif tədbirlərə sənət adamları, müxtəlif qələm sahibləri qatılır. Son dərəcə yüksək səviyyədə təşkil olunan bu tədbirlərin əsas məqsədi və məramı Türk Dünyasını, türk insanlarını bir araya gətirməklə ədəbiyyat və sənət sahəsində əlaqələrin möhkəmləndirilməsi, ümumtürk dil birliyinin yaradılmasına xidmət edir. Bu əlaqələrin yaranmasında uzun illər təmənnasız və fədakarcasına zəhmət çəkən insanların xidmətləri əvəzsizdir. Bütün bunlara rəğmən, son zamanlar nəinki şeirdən, elementar yazı qaydalarından xəbərsiz, adicə tərcümeyi-halını düz-əməlli yaza bilməyənlər ”Ana Vətən, doğma diyar, Üstündə yetişir pomidor, xiyar” qafiyəli misralarla şairliklərini sübut etmək, əllərində bayraq yellətməklə Türkiyədə daha çox gündəmə gəlməyə, özlərini reklam etməyə çalışırlar. Təəssüflər olsun ki, belə “fəallıqları” ilə seçilənlər sırasında qadınlarımız çoxluq təşkil edir. Halbuki bu insanlar Azərbaycanda ictimaiyyət tərəfindən nə tanınır, nə də qəbul edilir… Poetiklikdən uzaq olsa da, bu şeiri də belələri üçün yazmışdım…
 
Yazar, yoxsa bazar?
 
Soyunu bilməyən diyardan yazır,
Çəkər ayağından, qazar adamı.
Arada vəsf edib xiyardan yazır,
Şair olub indi bazar adamı!
Mənə nə düşürsə acıdan düşür,
Yaltağın payına ucadan düşür,
Qapıdan qovursan, bacadan düşür,
Peşəsidir azar-bezar adamı!
 
Özgə hesabına kölgədə yatmaq,
Gizlədib üzünü, daldada yatmaq.
Çoxdan peşəsidir, aldadıb-atmaq,
Utanmaz, qızarmaz, üzər adamı.
 
Ədəbiyyatda yaltaqların zühur etməsi
 
– İlqar, bax, bu günlərdə Bakıda şeir bayramı keçirildi, mayın 31 də isə Sabir Poeziya günləri oldu. Çox vaxtda belə tədbirlərə eyni şairlər dəvətli olur. Bu da qruplaşmadır, yoxsa hər kəsin öz “kruq”u?
 
– Bu qəbildən olan tədbirlərə dəyərli dostlarım ara-sıra məni də dəvət edir. Doğrusu, ədəbi camedə baş verən neqativlər istər-istəməz cəmiyyətə də sirayət edir. Axı, ədəbiyyat cəmiyyətin güzgüsü olaraq bir ədəb, əxlaq nümunəsi kimi bütün zamanlarda əsas rol oynayıb. Sadə insanların belə münasibətlərdən dolayı üzüntülərini təsəvvür etmək belə çox çətindir. Siyasətdən fərqli olaraq, ədəbiyyat sahəsində öz insani keyfiyyətləri, mövqeyi, çəkisi ilə cəmiyyətdə xüsusi yeri olanların yanında yaltaqların zühur etməsi mümkünsüz görünsə də, qapıdan qovulanların bacadan “girməklə” masa başına “çəkilmələri” bu dəyərləri də gözdən salıb. Bu gün “hər kəsin öz kruqu”ndan daha çox, hər kəsin “kruq”una bir “legionçu” yeritmək daha vacib hesab edilir.
 
– Bu günlərdə Ankarada idin. Anar müəllimin kitabının təqdimetmə mərasiminə dəvətli idin, yoxsa bir təsadüf idi?
 
– Demək olar ki, hər il Ankarada keçirilən 1-2 tədbirə qatılıram. İki ildən artıq olar ki, İLESAM, TYB, İraq Türkmən Yazarlar Birliyinin üzvüyəm. Başqan Məhməd Nuri Barmaqsızla görüşümdə o, məni İLESAM-ın təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan AYB sədri Anarın “Yaşamak hakkı” və gənc yazar Pərvin Nurəliyevanın “Sevdim seni” adlı (hər iki kitab Türkiyə türkcəsinə çevrilib) kitablarının təqdimat mərasiminə dəvət etdi. Mən də bu dəvəti məmnuniyyətlə qəbul etdim. Bu, mənim səfərimlə üst-üstə düşən sırf bir təsadüf idi.
 
– Tənqidimiz nə yerdədir? Tənqidçilərimizin atəşinə tuş gəlməmisən ki?
 
– Bəri başdan deyim ki, bu gün Azərbaycanda tənqidin mahiyyəti və ünvanı demək olar ki, dəyişib. O ki qaldı tənqidə tuş gəlməyimə, elə ciddi və fundamental əsərlər yazmamışam ki, onlar da tənqid obyekti olsun. Yazdıqlarım üçün də, özüm özümün ən dürüst tənqidçisi olmuşam.
 
Bu, ən gözəl dost hədiyyəsi oldu
 
– Ümumiyyətlə, bizdə tənqidçilər tənqid edə bilirmi? Yoxsa hamısı tərif yazır?
 
– Bu günümüzün ictimai-siyasi mənzərəsini özündə əks etdirən dəyərli əsərlərin təhlili, mahiyyəti əvəzinə, kimlərəsə həsr edilmiş mədhnamələr üçün müzakirələr açılır, yeni-yeni mədhnamələr söylənilib, tərif edilir. Sovetlərdən fərqli olaraq, indi əsl tənqidçilərimizin sayı da barmaqla sayılacaq qədərdir.
 
– Sözlərinə mahnılar yazılıb. Bəstəkarlarla işbirliyin nə yerdədir?
 
– Doğrusu, heç vaxt düşünməmişdim ki, mənim də şeirlərimə mahnı bəstələnəcək. Bu günə kimi də heç bir bəstəkarla işbirliyində olmamışam. Sadəcə olaraq, dəyərli dostum, şair-bəstəkar Hüseyn Sözlünün iki şeirimə bəstələdiyi mahnı mənim üçün həm gözlənilməz, həm də ən gözəl dost hədiyyəsi oldu…

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org