Nurlana: "Cemi 3 ay evli olduq…" (FOTO)

30 Sentyabr 2016 14:38 – xeber –
Olkem.az aparıcı Nurlana Cəfərovanın qafqazinfo-ya müsahibəsini təqdim edir:
– Hələ də 106 FM-in rəhbərisiz?
– 3 il yarım radionun direktoru oldum. Bu yaydan bəri, yəni iyul ayında vəzifədən öz istəyimlə imtina etdim. Çünki başqa dəyərləndirməli işlər var idi. Düşünürəm ki, həyatımda yeni mərhələdir. Başqa təklifləri dəyərləndirmək istədim.
– Təklifləri dəyərləndirdiz?
– Bəli, BMF kanalında baş redaktoram. Onlayn kanaldır. Gələcəkdə isə peykdə yayımlanması nəzərdə tutulub. Kanala yaxın dostumun təklifi ilə gəlmişəm. Orada yayımlanan klip və verilişlərdən cavabdehəm. Ancaq daha bir ciddi təklif var, oktyabr ayında həmin təklifi dəyərləndirəcəm. Bununla da TV və radio sahəsindən uzaqlaşacam. Söylədiyim kimi, həyatımda yeni mərhələdir. Bu il çox dəyişikliklər olub, səbirlə gözləyib qərar verməliyəm. Onu da deyim ki, 8 oktyabr tarixində yayımlanacaq "Kişi sözü" serialında baş rollardan birini canlandırıram. Bundan öncə "Qız atası" serialında təcrübəm olmuşdu.
– Elə sizin serial başda olmaqla əksər ekran işlərinə aparıcıları cəlb edirlər. Sonra da ictimaiyyət və ekspertlər tərəfindən tənqid olunmaqdan şikayətlənirlər. Tənqidə hazırsız?
– Mən tənqiddən qorxmuram, aktrisalıqla bağlı təcrübəm var. Mən 5 il "Çiçəyim" uşaq teatrında çıxış etmişəm. Mənim uşaqlığım tamaşalarda rol oynamaqla keçib. 10 yaşımdan 16 yaşa kimi səhnələrdə rol almışam. Mənə elə gəlir ki, tənqidi ancaq serialı ərsəyə gətirən şəxslər, rejissorlar edə bilər. Mən də onları dinləyirəm. Doğma insanlarla əməkdaşlıq edirik. Serial çəkilişi zamanı xeyli gülürük. Həmişə komediya janrlı fikmlərdə rol almışam. Bu dəfə isə romantik komediyadır.
– Gənc yaşınızda direktor olduz. Rəhbər olmaq elə də asan deyil. Sizin üçün çətin deyildi?
– Doğrudur, iş çox yorucu olur. Təkcə iş vaxtında çalışmırsan, işi evə gətirirsən. Yolda, evdə, gecə radioya qulaq asırdım. Ciddi nəzarət idi. Xırdalıqlara diqqət edirdim. Yəqin ki, xasiyyətimdə liderlik var. İnsanlarla yaxşı davranıram, dil tapıram. İş baxımından insanların xətrinə dəymək istəmirdim. Bu işlə bərabər TV və radiolarda reklamların səsləndirilməsi ilə məşğul idim. Bütün günü telefonlar susmur. Yəni, həddindən artıq çətin idi.
– Heç işdən çıxardığınız şəxs olub?
– Heç vaxt işdən çıxarmağa ürəyim gəlməyib. Məndən vəzifəcə yüksək insanlar var. Mən də onlara tabe idim. Birlikdə məsləhətləşirdik, müzakirə edirdik. Günahı olan şəxsləri cəzalandırmışıq, ancaq öz təşəbbüsüm olmayıb. Ürəyim yumşaq insanam, heç vaxt belə etmərəm.
– Adətən siz qalmaqal və söz-söhbətdən qaçan bir teleaparıcısız. İndiki teleaparıcılar isə gündəmdə qalmaq üçün hər yola əl atırlar…Qalmaqalsız gündəmdə qalmaq mümkündür?
– Mən 17 yaşım olanda kastinq vasitəsiylə ATV-yə daxil olmuşam, radioda çalışmışam. Daha sonra televiziya layihələrim reallaşab. Mənə elə gəlir ki, yaxşı aparıcı gündəmdə qalmaq üçün səbəb axtarmamalıdır. Əgər hər şey qaydasındadırsa, işin yaxşı gedirsə, niyə kiməsə söz atırsan? Münasibətim hamıyla yaxşıdır. Özüm mübahisələri sevmirəm. İstəyirəm ki, ətrafımdakı insanlarla normal münasibətdə olum. Bu səbəbdən sözüm heç kəslə çəp gəlmir.
Təbii ki, mənim xoşuma gəlməyən insanlar varsa, neqativ bir addım atarsa, cavablarını verərəm. Mənə neqativ enerji ötürən şəxslərlə ikinci dəfə bir araya gəlmərəm, eyni məclisdə oturmaram. Sadəcə olaraq "salam" verib keçərəm. Ən düzgün fikir insanı birinci görəndə formalaşır. Düşünürəm ki, həmin şəxs qarşısında olan insanı yaxşı tanımır və necə addım atacağını bilmir. Onlar olduğu kimi davranmağa başlayırlar. Mənə elə gəlir ki, birinci təəssürat ən doğru təəssüratdır.
– Madridə gəzinti üçün gedirsiz?
-Xeyr, 7 ildir ki, "Real" Madrid futbol klubunun azarkeşiyəm. Oktyabrın 1- i matç olacaq, tez bilet aldım, Madridə gedirəm. Çox da önəmli oyun deyil, İspaniya çempionatıdır. Soyuğu sevmirəm, hava soyuq olanda da səyahət etmək istəmirəm. Ona görə də havalar soyumamış getmək qərarına gəldim. Keçən il söz vermişdim ki, öz doğum günümə Madridə getməyi hədiyyə edəcəm.
– Son 1 ildə evlənməyiniz və boşanmağınız ilə gündəmə gəldiz.
– Şəxsi həyat qapalı olmalıdır. İstəməzdim ki, belə məsələ ilə gündəmə gəlim. Düşünürəm ki, mənə aid olan şeylərlə gündəmə gəlmək doğru deyil. Təssüflər olsun ki, boşanmağım barədə xəbərlər yayıldı, müzakirə edildi. Heç bir xanım ailə qurmur ki, boşansın. Demək ki, ciddi səbəblər var. Bu səbəbləri isə açıqlamaq istəmirdim.
– Siz də digər məşhurlar kimi (Dilarə Kazımova, Fidan Hacıyeva və b.) əcnəbi vətəndaşla ailə həyatı qurduz…
– Onu əcnəbi kimi qəbul etmirəm. 12 ildir ki, Azərbaycanda yaşayırdı və biz Azərbaycan danışırdıq. 4 il bundan əvvəl tanış olmuşduq. Özəl şirkətdə çalışırdı. Tədbirlər təşkil edirdi, mən də həmin tədbirlərdə aparıcılıq edirdim. Əvvəl bu barədə düşünmürdüm, hər şey anidən oldu. Mənə elə gəlir ki, insan hər hansı bir münasibətə başlayanda orada beyin düşünmür. Ya qığılcım olur, ya da ki, olmur.
– Bəs boşanmağınızın səbəbi nə oldu?
– Bayaq dediyim kimi, heç kim ailə qurmur ki, boşansın. Amma elə məqamlar var ki, göz yummaq olmaz. Hər insan həyata bir dəfə gəlir. Elə şeylər baş verir ki, insanda suallar yaranır. Ailə davam etsin, ya yox? Bizdə bir çox ailələrdə olan problemlər meydana gəldi. Xanımların əksəriyyəti çətinliklərə dözür, taleyi ilə barışır, göz yumur. Mən, sadəcə olaraq, sərbəst düşünən bir xanımam, ictimaiyyətin fikri ilə oturub-durmuram. Əlbəttə ki, mənim addımım birmənalı qarşılanmadı.
Dostlarım, ailə üzvlərim, dinləyicilərim razılaşmırdılar. Özüm qərar verib bu yola girmişdim, özüm də olanları dözmək yox, bunların hamısından azad olmaq istədim. Verdiyim qərarın doğru olduğunu düşünürəm. Təəsüflər olsun ki, özümü insanları yaxşı tanıyan biri kimi bilirdim, ancaq bu məsələdə yanılmışam. Eybi yox, səhvimi düzəltdim. Cəmi nikahımız 3 ay davam etdi. 5 ay isə boşanma mərhələsi oldu.
Qarşı tərəf ayrılmaq istəmirdi. Əlindən gələni etdi ki, ailəni dağılmaqdan xilas etsin. Ancaq qərarlarımda qəti insanam. Amma o, iki dəfə məhkəməyə gedib deyib ki, biz barışmışıq, ərizəni götürmək yadından çıxıb. Axırda məhkəmənin qərarı verildi. 5 ay mənim nələr çəkdiyimi Allah bilir.
– Məşhur insanların həyat tərzi bir qədər fərqli olur. Diqqət etsək, ailəli olan çox az sayda şou nümayəndələri var. Bu sualı ümumi olaraq verirəm, təkcə sizə şamil etmirəm. Niyə şou-biznesdə uğursuz evliliklərin sayı çoxalıb?
– Çox vaxt olur ki, qarşımıza çıxan insanlar bizim kimi olmur. Kimsə vurulub aşiq olur, sevir. Çalışır ki, o insan istədiyi kimi olsun. Ancaq əldə olunandan sonra daxili aləmi məlum olur, iç üzü ortaya çıxır. İnsan şoka düşməyə başlayır. Deyirsən ki, mənim tanıdığım, müxtəlif vədlər verən insan budur? Qarşındakı insanın dəyişdiyini görürsən, məyus olursan. Bütün addımlarımı ölçüb-biçmişəm. İlk olaraq öz adımı düşünmüşəm. Daha sonra ailəm və gələcək həyatımı düşünməyə başlamışam.
– Sizin münasibətdə xüsusi prinsipləriniz var?
– Mənim qəti və xüsusi prinsiplərim yoxdur. Anlayışlı olmağa çalışıram. Elə dostlarım olub ki, ağlasığmaz səhvlər ediblər, ancaq bağışlamışam. Düşünürəm ki, hər adam səhv edə bilmir. Həmin səhvlər yenə təkrarlansa, bir anlıq onları silə bilərəm. Özümü güclü xanım hesab edirəm. Elə olub ki, ikinci səhvinə görə ən yaxınlarımı silmişəm. Hər insanı bəzən olduğu kimi qəbul etməlisən. Aydındır ki, əxlaqsızla, oğruyla oturub-durmaram. Bunlar normal prinsiplərdir.
– Özünüzü fərqli hesab edirsiz?
– Bu sualı bir neçə şəxs mənə verib. Sözün düzü, hiss etmirəm. Bilmirəm fərqlilik nədən irəli gəlir. Həyata baxışlarım fərqlidir. Məni ailəm belə yaxşı başa düşmür. Bu səbəbdən anlaşılmazlıqlar çox olur.
– Bizim cəmiyyətdə adətən xanımları ailə üzvləri idarə edir? Siz də vəziyyət necədir?
– Mən ailə tərəfindən idarə olunacaq xanım deyiləm. Hər bir işimi məsləhətləşirəm, rəylərini alıram. Ancaq mənə qarışmaqlarına imkan vermirəm. Hər bir insan həyatını istədiyi kimi qura bilər, azaddır. Özünü təsdiq etmiş insana valideynlər qarışmamalıdır. Həyatda bir dəfə yaşayırıq. "Kim nə deyər?" prinsipindən uzaq olmaq lazımdır.
– Eyni zamanda şeir yazırsız…
– İlk şeirimi ikinci sinifdə yazmışam. İki bəndən ibarət "20 Yanvar"la bağlı şeirdir. Bizi məktəbdən xiyabana aparmışdılar, çox təsir etmişdi. Emosional insanam, mahnıya qulaq asıb ağlaya bilərəm. Kitab oxuyanda o qədər ağlayıram ki, bütün səhifələr yaş olur. Müğənnilər də mənim söz yazdığım mahnıları oxuyublar. Natavan Həbibi "Yenə də", Samira Allahverdi, Elçin Cəfərov, Zamiq Hüseynov kimi məşhurlarla əməkdaşlıq etmişəm.
İki ildir ki, kitab yazıram. Poetik roman olacaq, şeir kitabı çıxarmaq istəmədim. Düşündüm ki, şeir oxumaq həvəsində olan gənclərimiz azdır. Həmin ağlımda olan romanı yazıram, müəyyən personajlar var ki, düşündüyüm insanlardır.
– Həmkarlarınızın əksəriyyəti Azərbaycandan köçüb, sizin belə bir planınız yoxdur?
-İndi hamı köçüb gedir. Düşünürəm ki, hamı çıxıb gedir, burada kim qalacaq? Hərdən qorxuram. Mənə elə gəlir ki, doğulduğun məkandan ayrılmaq üçün ciddi səbəblər olmalıdır. Tutaq ki, təhsil üçün gedəsən, daha sonra adaptasiya olasan. Sıfırdan başlamaq üçün yaxşı pulun olmalıdır. Mən daha çox xarici ölkələri səfər etməyi sevirəm, səyahət etmək insana yaxşı təsir bağışlayır.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org