Novruzovun sok muracietine – Herekatcilardan cavab


[r32]
– xeber –
Adətən Milli Azadlıq Hərəkatında iştirak edən və üzdə olan insanlar hamısı bir-birini tanıyır. Vidadi İsgəndərli o hərəkatda olsaydı, ən azından, adını eşitmiş olardım.
Bu sözləri Axar.az-a Milli Azadlıq Hərəkatının liderlərindən biri, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun Vidadi İsgəndərli ilə bağlı yaydığı sensasion müraciət barədə danışarkən deyib.
S.Rüstəmxanlı bildirib ki, Vidadi İsgəndərlini tanıyıb-tanımaması heç nəyi dəyişmir:
“Milli Azadlıq Hərəkatında yüz minlərlə insan iştirak edib. Əlbəttə, hamısını tanımaya bilərəm. Ancaq o hərəkatda iştirak edən Vidadi İsgəndərli adlı adam tanımamışam. Kim olduğunu da bilmirəm. Bu adda insanın Milli Azadlıq Hərəkatına qoşulduğunu eşitməmişəm”.
Xalq Hərəkatının iştirakçısı, politoloq Zərdüş Əlizadə də 7-8 il bundan əvvələ qədər ümumiyyətlə Vidadi İsgəndərli adda adam tanımadığını bildirib:
“Vidadi İsgəndərli haqqında son 7-8 il ərzində eşitmişəm. Yəni hüquq müdafiəçisi kimi həbs edildiyi zamanlarda tanımağa başladım. Ondan əvvəl isə ümumiyyətlə onun kim olduğunu bilmirdim.
Milli Azadlıq Hərəkatında isə qəti bilirəm ki, Vidadi İsgəndərli adlı adam olmayıb. Bütün bölgələrdən, şəhərdən, minlərlə insan tanıyıram ki, Xalq Hərakatında iştirak edib. Şəxsən tanıdıqlarım da var, tanımayıb, ancaq adını eşitdiklərim də var. Mən Vidadi İsgəndərli adlı insan tanımamışam. Xalq Hərəkatında iştirak etsəydi, hətta şəxsi tanışlığımız olmasaydı belə, adından tanıya bilərdim. Bəlkə kimlərsə tanıyır, mən səhv edirəm. Mən öz adımdan deyirəm ki, belə bir insan tanımamşam”.
Milli Məclisin deputatı, o dövrün fəallarından olan Araz Əlizadə də V.İsgəndərli adlı adam tanımadığını deyib:
“Gərək şəklinə baxım, görüm kimdir. Addır da, kimləsə eyni ola bilər. Ancaq mən belə bir adlı adam ömrümdə tanmamışam. Milli Azadlıq Hərəkatında iştirak etməmişəm, ancaq orada iştirak edənləri az-çox tanıyıram. Vidadi İsgəndərlinin isə kim olduğu barədə məlumatım yoxdu”.
Qeyd edək ki, YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov sensasion müraciət edib. O, müraciətində Milli Azadlıq Hərəkatında, Meydan Hərəkatında iştirak edənlərə müraciət edirək son günlər dövlət başçısını və onun ailəsini yaydığı videolarla təhqir edən Vidadi İsgəndərlini tanıyıb-tanımadıqlarını sual edib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org