Novruzda turlarin ilginc qiymeti – Siyahi

21:06 – xeber – Novruz tətili ilə bağlı turların qiymətlərində dəyişiklik olunub.
 
Axar.az-ın verdiyi xəbərə görə, turizm agentliklərinin çoxu bayram günləri üçün həm ölkə xaricinə, həm də ölkə daxilinə paketlər hazırlayıblar.
 
Bu turlar 2-6 gün davam edəcək. “E&C Travel” şirkətinin Qax, Şəki, Qəbələ turu nəqliyyat, qalmaq və qidalanma daxil olmaqla 90 manatdır. Quba, Qusar, Şahdağ turu da hər şey daxil olmaqla 85 manatdır. Bu yerlərdə hotellər 4 ulduzludur.
 
“Turizm.az” Novruz ərəfəsində Ləzə-Şahdağ turu təklif edir. Bir gecə iki günlük turda qonaqlar kənd evlərində qalacaqlar. Hər şey daxil olmaqla turun qiyməti 49 manatdır.
 
“E&C Travel” 4 günlük İstanbul turu da təklif edir. Hər şey daxil olmaqla Tiflisdən yola çıxsanız, qiymət 211 avro olacaq. Turun tarixləri isə martın 19-dan 22-nə qədərdir. Gəncədən həyata keçirəcəyiniz uçuşla turpaket 209 avroya başa gələcək. Bu turun tarixi isə 19-23 martdır.
 
“Turizm.az” isə Budapeşt-Vyana-Bratislava turu təklif edir ki, qiyməti 590 avrodur. Uçuş Gürcüstanın Kutaisi şəhərindən gerçəkləşdirilir, qonaqlar Bakıdan Tiflisə avtobusla aparılacaq, bir günlük Tiflis turundan sonra Kutaisiyə yola düşəcək, gecəni orda keçirən günün sabahı təyyarə ilə Budapeştə yola düşəcəklər. Qiymətə günorta və axşam yeməklərindən başqa hər şey daxildir.
 
Novruz tətili vaxtı Polşa-Çexiya-Almaniya-Gürcüstan qrup turu da var. Bu səyahətin qiyməti də 590 avrodur. Bu 8 günlük tur da Kutaisidən birbaşa reyslə Varşavaya uçmaq şərti ilə həyata keçirilir. 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org