“Novbeti gorus mehz Putinin tesebbusudur”

09:00 – xeber – Artıq Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müvafiq addımlar atmağa çalışır.
 
Bunu Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspert hesab edir ki, növbəti görüş məhz Rusiya prezidentinin təşəbbüsüdür:
 
“Bu görüş ATƏT Minsk Qrupunun həmsədr dövlətlərinin qərarına əsasən, ABŞ, Rusiya və Fransa xarici işlər nazirləri ilə baş tutacaq formatdan fərqlənir. İyunun sonunda Sankt-Peterburqda gözlənilən görüş Moskva tərəfindən irəli sürülüb. Əslində, müsbət haldır ki, artıq Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müvafiq addımlar atmağa çalışır. Çünki Prezident İlham Əliyevin Almaniyada keçirdiyi görüşlərdə Almaniya kansleri Merkelin də problemin həllində məhz Rusiyanın açar rolu oynadığını qeyd etməsi təsadüfi deyildi. Çox güman ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşünün məhz bu formatda keçirilməsinin əsas səbəblərindən biri də budur”.
 
Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ nizamlanması üzrə üçtərəfli görüşünün iyunun sonlarında baş tutacağı gözlənilir.  

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org