Novbeti 5 ilde Rusiyani gozleyen – Realliq


[r32]
– xeber –
Artıq bir neçə ildir ki, Rusiya siyasi elitasında dəyişikliklər gedir və vəzifəyə gətirilən yeni nəslin menecerleri birbaşa mərkəzə tabedirlər.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, əslində, bu prosesin özü də asanlıqla baş vermir, görünür, müəyyən müqavimət var:
“Son zamanlar Rusiyada geniş vüsət alan korrupsiya qalmaqalı da, ola bilsin, məhz bu prosesin tərkib hissədir. Rusiya ictimaiyyəti bir çox hallarda siyasi elitanın dəyişməsinin kosmetik xarakter daşıdığını görür. Əslində isə vəziyyət dərindən dəyişilmir, mövcud iqtisadi maraqlar qalır. Yəni Rusiyada rəhbərlər dəyişsə də, mahiyyətcə böyük bir şey baş vermir. Medvedyev ətrafında gedən qalmaqalın timsalında bunu daha aydın görmək olur. Rus siyasi elitasında hökm sürən qalmaqalların əsasında bir çox hallarda gizli faktların üzə çıxması dayanır. Çox güman ki, Rusiyadakı müxalif qruplar özbaşına hərəkət etmir, görünür, onalara hökumətin içərisindən informasiya sızdırılır. Çünki hazırkı siyasi elita köhnələrin aqibəti ilə üzləşməkdən qorxur. Ona görə də zaman-zaman müəyyən yollarla mesajlar verirlər. Rusiya siyasi elitasında hökm sürən bu ab-hava ən azı 5 il də davam edə, hətta daha da sürətlənə bilər”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org