Nobel mukafatcisi AMEA-da – Foto

19:46 – xeber – Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda Ədəbiyyat üzrə Nobel mükafatçısı, nigeriyalı yazıçı Vole Şoyinka ilə görüş keçirilib.
 
AMEA-dan Axar.az-a verilən məlumata görə, vitse-prezident, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli görüşdə V.Şoyinkanın mübarizələrdə keçən həyatı və azadlıq eşqilə dolu yaradıcılığı haqqında ətraflı danışıb. V.Şoyinkanın təkcə ilk Nobel mükafatı alan Afrika yazıçısı deyil, ingilis dilində yaranan yeni ədəbiyyatın görkəmli nümayəndəsi olduğunu qeyd edən akademik İsa Həbibbəyli görkəmli yazıçının yaradıcılığının spesifik xüsusiyyətlərindən danışıb. Akademik İsa Həbibbəyli Nobel mükafatçısının əsərlərində Afrikada milli azadlıq hərəkatının dolğun ifadə olunduğunu bidirərək yazıçını həyatı, əsərləri, yaradıcılıq istiqamətləri barədə geniş və əhatəli söhbət açıb.
 
Sonra akademik İsa Həbibbəyli nigeriyalı yazıçı V.Şoyinkaya xatirə hədiyyələri təqdim edib.
 
Nobel mükafatı laureatı V.Şoyinka çıxış edərək ədəbiyyat aləmində ilk qələm təcrübələri, eləcə də Afrika ədəbiyyatının özəllikləri, milli azadlıq hərəkatı dövrü və ondan sonrakı ədəbiyyat barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
 
Səhifələrində V.Şoyinkadan da bəhs edilən “Ədəbi Nobel antologiyası” əsərinin müəllifi Nadir Əbdülrəhmanlı, institutun elmi əməkdaşı Şükufə Əliyeva çıxış edərək nigeriyalı yazıçının bədii əsərləri və yaradıcılığı barədə danışıblar.
 
Yazıçı görüş iştirakçılarının onun yaradıcılığna maraq ifadə edən suallarını cavablandırıb.
Sonda Nizami adına Ədəbiyyat İnstitutuna dəvət olunduğu, ona ədəbiyyatşünas alimlərlə görüşmək imkanı yaratdığı üçün V.Şoyinka akademik İsa Həbibbəyliyə xüsusi minnətdarılığını bildirib.
 
Sonda görüş iştirakçıları V.Şoyinka ilə xatirə şəkilləri çəkdirib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org