Niye xanim yol polisimiz yoxdur? – Aciqlama

11:18 – xeber – Yol polisi işə götürülərkən müəyyən texniki və ya ali təhsilin olması önəmlidir. Bu ixtisası qadınlar az seçdiyinə görə Azərbaycanda qadın yol polisi işçilərinə az təsadüf olunur. Bu, çox çətin işdir. Günün 8-10 saatını küçədə dayanmaq əziyyətli işdir.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri deputat Çingiz Qənizadə qadın yol polislərinin olmaması haqda danışarkən deyib.
 
Millət vəkili musavat.com-a bildirib ki, milli mentalitet məsələsi də var: “Hər hansı bir kişi öz həyat yoldaşının küçədə dayanıb avtomobillərin hərəkətinin tənzimlənməsi işinə razı olmaz.
 
Bu iş daha çox könüllük əsasındadır. Amma qanunda hər hansı məhdudiyyət yoxdur. Düzü, mən də tərəfdarı deyiləm. Çünki xanımlarımız belə ağır işə layiq deyil”.
 
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev hesab edir ki, xanım polislərə ehtiyac ola bilər: “Xanımın xanım polis tərəfindən yoxlanılması düzgündür. Amma yol polisinin xanım olub-olmamasının sürücü üçün nə fərqi var?! Hər ikisinin eyni vəzifəsi, eyni məsuliyyəti var”.
 
Onun sözlərinə görə, xanım yol polisi ancaq qadın sürücü gəlsin deyə, onu güdüb saxlaya bilməz: “Bu, düzgün yanaşma deyil. İkinci tərəfdən, bizdə xanım polis işçilərin sayı azdır. Onlar, sadəcə olaraq, yol polisi işlərinin digər xidmətlərində çalışırlar.  Bayır xidməti nisbətən çətin, ağır olduğundan xanım polislərin yolda dayanmalarını rəva bilmirik”. 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org