Nigar Camaldan Royaya: Bu ne seviyyesizlikdir?


[r32]
– xeber –
Səsimi, oxumağımı bəyənməyə bilərsiniz, amma adımı bir də belə söhbətlərdə çəkməyin. Bu barədə açıqlama vermək istəmədikcə görürəm ki, hər kəs ağzına gələni danışır. Bəziləri də susmağımdan istifadə edib, ürəkləri istəyəni yazır. Doğrudan da ayıbdır.
Kult.az xəbər verir ki, bu sözləri müğənni Nigar Camal həmkarı Röya Ayxanla aralarında baş verən qalmaqal barədə danışarkən qeyd edib. Müğənni həmkarının onun adından istifadə edərək gündəmə gəldiyini bildirib:
“Bu nə səviyyəsiz ifadələrdir işlədirsiniz? Mən bənzətmək istədiklərinizə bənzəməyəcəm. Ola bilsin ki, bu ifadələr bəziləri üçün adi şeydir, amma mənim üçün deyil. Qalmaqaldan qaçdıqca məni qalmaqala salmağa çalışmayın. Bu boş, mənasız söhbətlərdən çox yorulmuşam. Ondan (Röyadan – red.) müsahibə alan jurnalistə deyir ki, mənə arxasını çevirib. Bu boyda yalan olar?! Həyəcanlı olub yəqin. Əlini uzatdı və mən təbrik elədim. Danışmaq istəmədikcə məcbur edirsiniz. Gündəmdə qalmaq üçün başqasını seçin”.
Qeyd edək ki, Türkiyədə “Qızıl Kəpənək” mükafatlarının təqdimetmə mərasimi keçirilib. Azərbaycanın əməkdar artisti Röya Ayxan “Azərbaycanın ən parlaq ulduzu” nominasiyası üzrə qalib olub. Bundan sonra təqdimetmə mərasimində iştirak edən Nigar Camalın Röyanı Türkiyədə deyil, İnstaqramda təbrik etməsi məşhurlar arasında narazılığa səbəb olub.
Müğənnilər arasında mükafatlandırma mərasimində başlayan qalmaqal hələ də davam edir.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org