[r32]
– xeber –
İsrail Baş naziri Benyamin Netanyahu korrupsiya ittihamı çərçivəsində evində 5 saat polis tərəfindən dindirilib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Netanyahunun xanımı Sara Netanyahu da eyni vaxtda Lod şəhərində polis idarəsində sorğu-suala çəkilib.
Baş nazirə İsrailin ən böyük telekommunikasiya şirkəti "Bezeq"lə, eləcə də "Bezeq"in şəriki və "Valla" şirkətinin sahibi Şaul Elovitçlə bağlı suallar ünvanlanıb.
Xatırladaq ki, İsrail polisi ölkənin Baş naziri Benyamin Netanyahuya qarşı haqqında korrupsiya, dələduzluq və etibardan sui-istifadə ittihamını irəli sürmək üçün kifayət qədər material toplandığını elan edib. Materiallar iki cinayət işinin istintaqı çərçivəsində toplanıb.