15:46 – xeber – “ATV Səhər” – Turan… əla aparıcıdır, ən birincisi, ona görə ki, verdiyi xəbərdən özünün xəbəri var! Xəbər gündəmini izləyir adam, bu, aydın hiss olunur.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış aparıcı Nəsimi Nəbizadə həmkarı, “ATV Səhər” verilişinin aparıcısı Turan İbrahimov haqda rəsmi Feysbuk səhifəsində yazıb. O, həm Turan İbrahimova, həm də digər həmkarlarına iradını bildirib:
“Analitik təfəkkürü və tərəftutma (dövlətçiliyə və dövlətin dostlarına sərf edən mənada) jestləri də yaxşıdır. İroniyası da efir mədəniyyətinə uyğun – əladır… Amma bir minusu var, bunu ona deyin, tanıyanlar, səmimi başa düşəcək… Cıqqılıjana addım atıb, mollalıqdan çıxsın… “inşəallah”, “maşallah" sözləri… Ümumiyyətlə, Azərbaycan telekanallarında az qalıb ki, aparıcı verilişi yarımçıq saxlayıb tamaşaçıya desin:
– Bağışlayın, namazımın vaxtıdır…”