13:40 – xeber – Nərimanov rayonunun Həsən Əliyev küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, mayın 6-da saat 19 radələrində Nərimanov rayonunun H.Əliyev küçəsində Şamaxı rayon sakini Röyal Xasayev idarə etdiyi BMV markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Gülnarə Dəyanovanı vurub.
Nəticədə xəstəxanaya yerləşdirilən G.Dəyanova orada ölüb.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.