Nemtsov kimin "sifarisi" idi?

29 Dekabr 2015 20:31 – xeber –
Çeçenistan Respublikası Daxili İşlər Nazirliyinin daxili qoşunlarının "Şimal" batalyonunun keçmiş döyüşçüsü Ruslan Muxudinovun müxalif siyasətçi Boris Nemtsovun qətlinin sifarişçisi olduğu güman edilir. 
Publika.az "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib.
 
Məlumata görə, Ruslan Muxudinov 2015-ci ilin noyabr ayından beynəlxalq axtarışdadır və onun barəsində qiyabi həbs hökmü çıxarılıb. Qətlin güman edilən sifarişçinin cinayət işi  Boris Nemtsovun qətlində ittiham olunan digər şübhəlilərin cinayət işindən ayrı aparılacaq.
 
Vladimir Markin deyib ki, istintaq 2016-cı ilin yanvarında əsas cinayət işi üzrə araşdırmanı başa çatdırmağı planlaşdırır. Bundan sonra toplanmış materiallar tanışlıq məqsədi ilə zərərçəkənlərə və onların nümayəndələrinə təqdim ediləcək. Onun  sözlərinə görə, müstəntiqlər bu gün Zaur Dadayev, Anzor Qubaşev, Qubaşevin qardaşı Şahid, Tamerlan Əskərxanov, Xamzad Baxayevə qrup tərkibində qətl törətmək, odlu silahı qanunsuz əldə etmək və onu daşımaq maddələri üzrə son ittihamı təqdim etmək niyyətindədir.
 
İstintaq Komitəsinin rəsmi nümayəndəsi qeyd edib ki, adıçəkilən şəxslərin cinayət işində iştirakı toplanan sübutlarla, həmçinin 70-dən çox mürəkkəb məhkəmə ekspertizasının nəticələri ilə təsdiq edilir.
 
Qeyd edək ki, Nemtsov fevralın 27-də axşam saatlarında Kreml yaxınlığında, Moskva çayı körpüsünün üzərində qətlə yetirilib.
 
Boris Nemtsovun qızı Janna Nemtsovanın vəkili  Vadim Proxorov isə istintaqın Ruslan Muxudinov haqqında versiyasına şübhələndiyini bildirib. "Qətlin sifarişçiləri yüksək vəzifəli insanlardır. Bundan başqa, Muxudinov hələ tutulmayıb və dindirilməyib. Onun olduğu yer məlum deyil və buna görə də Muxudinovun sifarişçi olduğunu demək tezdir", – Proxorov Markinin sözlərini şərh edib.
 
Daha əvvəl istintaqın nümayəndələri bildirirdilər ki, Nemtsovun qətlinin təşkilində Muxudinovun iştirakı Zaur Dadayev və Anzor Qubaşevin videoya yazılan ifadələri ilə təsdiq edilib.

mənbə : milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org