Neftin bahalasmasi Bakiya ne qazandiracaq?

09:29 – xeber – Neftin bahalaşması əhalinin davranışlarına psixoloji təsir edir. Neft bahalaşanda sahibkarlar və vətəndaşlar əllərində olan xarici valyutanı bazarlara çıxarır.
 
Bu sözləri Axar.az-a neftin qiymətinin 6 ay sonra 50 dolları ötməsini şərh edərkən iqtisadçı ekspert Rəşad Həsənov deyib. Onun sözlərinə görə, baha neft Azərbaycanın 2017-ci il büdcəsində sosial xərclərin artımına gətirib çıxara bilər:
 
“Dünya bazarlarında neftin qiymətinin bahalaşması Azərbaycan iqtisadiyyatına, o cümlədən, əhalinin gəlirlərinə, dövlət büdcəsinə daxil olmalara müsbət təsir göstərir. Amma Dövlət Neft Fondunun büdcə qarşısındakı öhdəliyi 2015-ci ilin sonunda müəyyənləşdirilib və bu ilin fevralında büdcəyə yenidən baxılan zaman artırılıb. Maliyyə Nazirliyinin də son açıqlamalarından bəlli olur ki, bundan sonrakı dövrdə 2016-cı ilin büdcəsinə yenidən baxılmayacaq. Neftin dünya bazarlarında qiymətinin qalxması növbəti il üçün dövlət büdcəsinin gəlirlər və xərclər hissəsində dəyişikliyə gətirib çıxaracaq. Bu isə 2017-ci ilin büdcəsində sosial istiqamətdəki xərclərdə özünü büruzə verə, əmək haqlarına müsbət təsir göstərə bilər”.
 
Ekspertin sözlərinə görə, manatın məzənnəsi neftdən asılıdır:
 
“Bəllidir ki, manatın məzənnəsi birbaşa neftdən asılıdır. Neft bahalaşanda sahibkarlar və vətəndaşlar əllərində olan xarici valyutanı bazarlara çıxarır. Çünki onlar düşünürlər ki, artım dolların ucuzlaşmasına gətirib çıxara bilər. Bu pul kütləsi də özü-özlüyündə manatın güclənməsinə dəstək göstərir”.
 
Rəşad Həsənov son olaraq qeyd edir ki, neftin bahalaşması ölkədəki iqtisadi islahatları dayandırmamalıdır:
 
“Bir çox şəxs, xarici ölkə vətəndaşları düşünür ki, neftin bahalaşması iqtisadi islahatların tempinə təsir göstərəcək. Azərbaycan neftin ucuzlaşmasından sonra ciddi iqtisadi islahatlarla neftdən asılılığı azaltmaq istiqamətində mövqe qoyub. Bu islahatlar müsbət qiymətləndirilir. Bu islahatların dayandırılması xarici investorların ölkəmizə gəlməsinə mənfi təsir göstərə bilər”.
 
Qeyd edək ki, bu gün “Brent” markalı neftin qiyməti 2015-ci ilin noyabrından sonra ilk dəfə 50 dolları ötüb.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org