16:22 – xeber – Neftin qiyməti 2016-cı ili 45 dollarla başa vuracaq.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Blumberq” agentliyinə İngiltərənin “Kapital Ekonomiks” araşdırma şirkətinin analitiki Tom Pyu deyib. Onun sözlərinə görə, 2016-cı ilin ortalarından etibarən neftin qiyməti həqiqətən sabitləşməyə başlayacaq.
Ekspert 2017-ci ildə neftə tələbatın artacağını və nəticədə qiymətlərin yüksələcəyini bildirib.
Qeyd edək ki, son günlər “Brent” markalı xam neftin bir barreli 45 dollar civarında satılır.