Neft-qaz layihelerine maliyye niye dayandirildi?


[r32]
– xeber –
Dünya Bankı bu addımı Paris Sazişinin tələbləri çərçivəsində atıb.
Bu sözləri Axar.az-a keçmiş maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov yaxın iki il ərzində Dünya Bankının neft-qaz layihələrinin maliyyələşdirilməsini dayandıracağı ilə bağlı qərarına münasibət bildirərkən deyib. O bildirib ki, bu qərarın mahiyyəti qlobal istiləşmənin qarşısının alınması məqsədilə Parisdə keçirilmiş beynəlxalq konfrasda hazırlanmış və 2015-ci ilin dekabr ayında qəbul edilmiş sənədin tələblərini yerinə yetirməkdir:
“Bank 2019-cu ildən sonra neft və qaz hasilatı sahələrində mövcud olan layihələrə investisiyalar ayrılmasını dayandıracaq. Yalnız kasıblığın səviyyəsi yüksək olan ölkələrdə əhalinin enerji təminatına kömək məqsədilə qaz hasilatı üzrə bəzi layihələrə investisiyalar ayrılması qismən davam etdiriləcəkdir. Gələn ildən başlayaraq Dünya Bankı Qrupu investisiya ayırdığı enerji layihələri üzrə atmosferə buraxılan parnik qazların həcmi barəsində hesabat dərc etdirməyə başlayacaq. Beynəlxalq Maliyyə Koorporasiyası iqlimin qorunması məqsədilə layihələrə 325 milyon dollar vəsait ayıracaq. Bu korporasiya artıq həmən məqsədlə 1 milyard dollara qədər vəsait cəlb edə bilib”.
Qeyd edək ki, yaxın iki il ərzində Dünya Bankı neft-qaz layihələrinin maliyyələşdirilməsini dayandıracaq.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org