16:51 – xeber – Mərkəzi Bank NBC Bankın lisenziyasını bərpa edib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə bankın rəsmi Feysbuk səhifəsində məlumat paylaşılıb.
“Azərbaycan Respublikası Mərkəzi Bankının (ARMB) 01.02.2016-cı il tarixli 10/3 saylı qərarı ilə, 25.01.2016-cı il tarixli 06/3 saylı qərarı (NBC Bank ASC-nin lisenziyasının geri çağırılması) qüvvədən düşmüş hesab olunur və NBC Bank ASC-nin lisenziyası bərpa olunur. 03.02.2016-cı il tarixindən NBC Bank ASC bütün bank əməliyyatları üzrə xidmətinizdə olacaq”, – bankın məlumatında bildirilib.