Nazirlikden “hebli portagallar"la bagli aciqlama – Video

– xeber – Bir neçə gündür sosial şəbəkədə portağalın içərisindən həblərin çıxması ilə bağlı yayılan material reallığı əks etdirmir. Çünki kəsim olmadan heç bir meyvənin tərkibinə həb daxil ola bilməz və uzun müddət orada qala bilməz.
 

Bunu Publika.az-a açıqlamasında  Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev deyib.
 

C.Quliyev bildirib ki, portağal kəsilmədən həbləri içərisinə yerləşdirmək mümkün deyil:
 

“Əməkdaşlarımız həmin video materialın yayıldığı səhifə ilə əlaqə saxlayıblar və həmin portağalların xidmətin laboratoriyasına təqdim edilməsi üçün əlaqə telefonları da vermişdik. Lakin bu vaxta qədər xidmətə heç bir nümunə daxil olmayıb. Həmin videodan görünür ki, içərisindən həb çıxan portağalların kənarında yarımdairəvi kəsik görünür. Videodakı danışıqdan da portağalları kəsməzdən üzərində kəsik olması ilə bağlı fikir səsləndirilir. Bu çox kustar şəkildə hazırlanmış materialdır. Həmin videoda görünür ki, həblər portağalın içərisinə kəsimdən az əvvəl qoyulub. Bildiyiniz kimi, həblər suda, xüsusən şirədə tez həll olur. Portağal kəsiləndə bilinir ki, həblər ora yeni yerləşdirilib və təzəcə əriməyə başlayıb. Bütün portağallar düz kəsilib, ortadan bölünür və həb çıxır. Bu o deməkdir ki, meyvəni kəsənlər artıq həblərin portağalın hansı hissəsinə yerləşdirilməsindən xəbərdardırlar”.
 

Xidmət rəisi həmin həblərin psixotrop maddə olması ehtimalının da real olmadığını bildirir:
 

“Elə olsaydı, o həll olmayan materialın içərisinə yerləşdirilərdi. Həmçinin psixotrop maddələrin satışda olan portağalın içərisinə yerləşdirilməsi real görünmür”.
 

Son zamanlar belə videoların  tez-tez yayıldığını deyən C.Quliyev bildirib ki, bu hərəkətləri edənlərin məqsədi insanların psixologiyasına təsir etmək, narazılıq yaratmaqdır:
 

“Heç bir əsas olmadan, maraq xətrinə belə video hazırlana bilər. Hesab edirəm ki, bu məsələ araşdırılıb, hüquqi qiymət verilməlidir”.
 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org