Nazirlikden Beyrutda olen idmancimizla bagli – Aciqlama


[r32]
– xeber –
Beyrut şəhərində avtomobil vurması nəticəsində dünyasını dəyişən və 4 gündür meyiti orada saxlanılan Xəzər Əliyev rəsmən hansısa idman federasiyasının və ya klubunun üzvü deyil.
Bu sözləri Axar.az-a Gənclər və İdman Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səmayə Məmmədova Beyrutda vəfat edən idmançı Xəzər Əliyevlə bağlı bildirib. S.Məmmədova qeyd edib ki, idmançı olduğu deyilən X.Əliyevlə bağlı araşdırma aparıb:
“Araşdırma üçün bütün federasiyalarla əlaqə saxladım. MMA döyüş növünü təmsil edən qurumlar, klublardan maraqlandım. Ancaq heç birininin Xəzər Əliyev adlı idmançısı yoxdur. Beyrutda vəfat edən həmyerlimiz rəsmi olaraq hansısa federasiyanın, idman akademiyasının üzvü deyil”.
Qeyd edək ki, 1994-cü il təvəllüdlü Xəzər Əliyevi Beyrutda avtomobil vurub və hazırda meyiti Beyrut şəhər morqunda saxlanılır. Onun meyitinin ölkəyə gətirilməsi üçün xəstəxana 12.000 dollar əməliyyat pulu, 7-8 min dollar isə meyitin ölkəsinə göndərilməsi üçün tələb edib.
İdmançının anası hazırda Beyruta gedir.
Xarici İşlər Nazirliyi isə idmançımızın Azərbaycana göndərilməsi üçün tədbirlər görüldüyünü bildirib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org