Nazirlikde genis kollegiya iclasi kecirilib

19:15 – xeber – Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) geniş kollegiya iclası keçirilib.
 
Axar.az Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin struktur bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən iclasda nazir Hüseyn Bağırov 2015-ci il ərzində ekologiya və ətraf mühitin mühafizəsi sahəsində görülən işlər, qazanılan nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
 
Kollegiya iclasında nazirliyin ayrı-ayrı qurumlarının 2015-ci il ərzində görülən işləri qiymətləndirilib və işlərində buraxdıqları nöqsanlar müzakirə olunub.
 
Sonra tabeli qurumların rəhbərlərinin 2015-ci ilin yekunları ilə bağlı hesabatları dinlənilib. Dinlənilən məruzələrlə bağlı aparılan müzakirələrdə müvafiq qurumlarda görülmüş müsbət işlərlə yanaşı nöqsanlar da qeyd olunaraq iradlar bildirilib.
 
Kollegiyanın sədri Hüseyn Bağırov dövlət başçısının son müşavirələrdəki çıxışlarından irəli gələn və Ekologiya və Təbii Sərvətlər Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib və bu vəzifələrin icrası ilə bağlı müasir tələblərə cavab verən strateji planların hazırlanması üçün müvafiq komissiyaların yaradılması barədə qərar qəbul edilib.
 
Kollegiya iclasında cari məsələlər də müzakirə edilib, iclasın sonunda kollegiyanın qərarı ilə 2016-cı il üçün iş planı təsdiq edilib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org