Nazirlik vaxt verdi: her film ucun 2 min cerime

17:18 – xeber – Mədəniyyət və Turizm Nazirliyi bu gün dövlət reyestrindən keçməyən filmlərin 2 min manat cərimə olunacağı ilə bağlı qərarın cəmiyyətdə və mediada yanlış anlaşılmasına aydınlıq gətirmək üçün Nizami Kino Mərkəzində brifinq keçirib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, brifinqdə Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov və media nümayəndələri iştirak edib.
 
Yusif Şeyxov intizamsızlığın qarşısını almaq üçün belə bir addım atdıqlarını deyib:
 
“12 minə yaxın film qeydiyyata alınıb. Amma bəzi intizamsızlığa görə nazirlik belə qərara aldı ki, qeydiyyata alınmayan filmlər 2 min manat cərimə olunsun. Ölkəyə gətirilən istənilən film bir dəfə dövlət reyestrində qeydiyyatdan keçəcək. Bundan sonra bütün yerlərdə o lisenziya kağızı ilə nümayiş olunacaq. Bu qərarla da ölkəyə daxil olan bütün filmlər həm də Azərbaycan dilində yayımlanmalı olacaq. Kinoteatrlara aprelin 15-nə qədər vaxt verilib ki, bütün filmlər tərcümə olunsun”.
 
Müşfiq Hətəmov bu qərarın müsbət nəticələr verəcəyini bildirib.
 
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının ərazisində göstəriləcək filmlərin dövlət reyestrinə daxil edilməsinin zəruriliyi ilə bağlı bəyanat yaymışdı.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org