Nazirlik 4500 nefere yardim etdi

13:54 – xeber – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya vasitələri və protez-ortopedik məmulatlarla təminatı istiqamətində işlər davam etdirilir.
 
Nazirlikdən Axar.az-a verilən məlumata görə, bu ilin yanvar-fevral aylarında Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən qeyd olunan şəxslərə 144 ədəd aşağı ətraf və 28 ədəd yuxarı ətraf protezi, 204 ədəd aşağı ətraf ortezi, 131 ədəd bel nahiyəsi üçün korset, 100 ədəd dörd ayaqlı dayaq vasitəsi, 228 cüt dirsəkaltı ağac, 336 ədəd əsa, 473 cüt protez ayaqqabı, 112 qoltuqaltı ağac, 706 cüt ortopedik ayaqqabı və s. verilib.
 
Bundan başqa, qeyd olunan dövrdə əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar 73 ədəd əlil arabası, 113 ədəd eşitmə aparatı, müxtəlif növlərdə 1270 reabilitasiya vasitəsi ilə təmin ediliblər. Onlara məxsus 165 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir olunaraq yenidən onların istifadəsinə verilib.
 
Ümumilikdə, bu ilin yanvar-fevral aylarında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların 4539 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təminatı həyata keçirilib. Bu dövrdə Mərkəzin və onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşdirmə stasionarlarında 75 nəfər müvafiq şəxsə reabilitasiya yönümlü xidmətlər də göstərilib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org