Nazir xalq sairinden danisdi – Gece

14:49 – xeber – Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin (AAB) birgə təşkilatçılığı ilə xalq şairi Zəlimxan Yaqubun xatirəsinə həsr edilmiş “Zəlimxan özü var xatirələrdə” mövzusunda ədəbi-bədii gecə keçirilib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə xalq şairi Zəlimxan Yaqubun kitablarından ibarət sərgi ilə tanış olublar. Tədbirdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev şairin yaradıcılığından söhbət açıb:
 
“Zəlimxan Yaqub öz yaradıcılığı ilə Azərbaycan dilinin və bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Şair xalq yaradıcılığından məharətlə bəhrələnərək müasirlərimizin yüksək insani keyfiyyətlərini, ümumbəşəri və milli dəyərləri, tariximizin taleyüklü anlarını özündə əks etdirən əsərlər yaradıb. Şairin rəngarəng mövzulu və dolğun məzmunlu şeirləri poeziyamızın inciləri səviyyəsinə qalxaraq gələcək nəsillər üçün örnək olub. O, ilk qələm təcrübəsindən ömrünün sonunadək nə yazıbsa, xalq tərəfindən bəyənilib. Onun poeziyası insanlara yaşamaq eşqi, dünyaya, həyata sevgi bəxş edib. Hər zaman xalqının yanında olmağı bacaran şairə olan millət sevgisi də tükənməz olub. Məhz bu sevginin göstəricisidir ki, ədib müstəqil Azərbaycanın bir çox fəxri adlarına layiq görülüb, iki çağırış Azərbaycanın Milli Məclisinin deputatı seçilib. Zəlimxan Yaqub, eyni zamanda, türk dünyasının böyük şairidir və türk dünyasının hər yerində sevilir. O, bir çox xarici ölkələrdə keçirilən ədəbi məclislərdə Azərbaycan ədəbiyyatını ləyaqətlə təbliğ edirdi. Görkəmli sənətkarın Azərbaycan Aşıqlar Birliyinin sədri kimi aşıq sənətinin inkişafında da çox böyük töhfələri olub”.
 
Gecədə ədibin sağlığında çəkilmiş sənədli filmlərdən fraqmentlər nümayiş etdirilib, qiraət ustaları şairin şeirlərindən və poemalarından parçalar söyləyiblər. Aşıqların, incəsənət ustalarının ifasında şairin sözləri və sözlərinə yazılmış mahnılar səsləndirilib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org