Nazir vetendaslari qebul etdi – Foto

14:53 – xeber – Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində Siyəzən, Xaçmaz, Quba, Qusar və Şabran rayonlarından vətəndaşları qəbul edib.
 
Nazirlikdən Axar.az-a verilən məlumata görə, Siyəzən rayonundan qəbula yazılan vətəndaşlar rayon Mərkəzi kitabxanasının müasir Azərbaycan ədəbiyyatına dair nəşrlərlə, Heydər Əliyev Mərkəzinin yeni eksponatlarla təmin olunmasına, “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun rayonlar arasında təcrübə mübadiləsinin aparılmasına, rayonda məskunlaşmış qaçqın və məcburi köçkünlər qarşısında tanınmış incəsənət ustalarının konsertinin təşkilinə, yerli yazarların əsərlərinin nəşrinə köməklik göstərilməsini xahiş ediblər.
 
Xaçmaz sakinləri tərəfindən rayonda turizmə təhsili ocağının yaradılması, təmir-bərpa olunan "Xəzər" kinoteatrında yeni filmlərin nümayişinə köməklik göstərilməsi, rayon ərazisində aparılan arxeoloji qazıntılar və tədqiqatlara dəstək verilməsi barədə xahişlər edilib.
 
Quba rayonundan qəbula gələnlərin müraciətləri rayon incəsənət məktəbinin Azərbaycan bəstəkarlarının əsərlərinə aid dərs vəsaitləri ilə təminatı, turizmlə bağlı təşəbbüslərin dəstəklənməsi, mərkəzi kitabxanaya tanınmış mədəniyyət və maarif xadimi Səkinə Axundzadənin adının verilməsi barədə olub.
 
Qusar sakinləri tərəfindən tarix-diyarşünaslıq muzeyinin elektron bələdçi ilə təmin olunması, mədəniyyət sahəsində çalışan gənc işçilərin təcrübəsinin artırılmasına dəstək verilməsi, Heydər Əliyev Mərkəzinin fəaliyyəti, işlə təminat və digər məsələlərə dair müraciətlər səslənib.
 
Şabran sakinləri rayondakı mədəniyyət ocaqlarının fəaliyyəti ilə bağlı metodiki tövsiyələrin hazırlanması, kütləvi kitabxanalarda ali və orta ixtisas məktəbləri üçün dərsliklərə olan tələbatın ödənilməsi, Pirəbədil tarix muzeyinin ekspozisiyasının yenidən qurulması, Pirəbədil kəndinin turizm marşrutuna daxil edilməsi, yeni inşa olunmuş Qala bayraq kompleksində Bayraq muzeyinin yaradılması, Çıraqqala tarix qoruğu üçün mühafizə köşklərinin və şlaqbaumların quraşdırılması ilə bağlı müraciətlərini diqqətə çatdırıblar.
 
Qəbula gələn bütün vətəndaşları dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org