Nazir muavini: “Bundan sonra sahibkarlar…”

14:33 – xeber – Martın 3-də Bakıda ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirilib.
 
Bu barədə Axar.az-a məlumat Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən daxil olub.
 
Vergilər nazirinin müavini Sahib Ələkbərov görüşü açaraq ölkədə yaranmış yeni iqtisadi şəraitdə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi barədə ətraflı məlumat verib.
 
Ticarət və ictimai iaşə sektorunda çalışan vergi ödəyicilərinin fəaliyyəti üçün daha əlverişli biznes mühiti yaradılması məqsədilə cari ilin əvvəlindən Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, dövriyyəsi 200 000 manatdan yuxarı olan, ticarət və ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlara sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilib. Bu zaman ticarət sektorunda çalışan sahibkarlıq subyektləri 6%, ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlar isə 8% dərəcə ilə sadələşdirilmiş vergi ödəyəcəklər. O cümlədən, ƏDV-nin məqsədləri üçün ərizə vermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcmi 120 000 manatdan 200 000 manatadək artırılıb ki, bu da bir çox sahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi rejimini tətbiq etmək imkanı verir.
 
S.Ələkbərov qeyd edib ki, ötən il Prezident İlham Əliyevin təşəbbüsü ilə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb. Vergilər Nazirliyi isə öz səlahiyyətləri çərçivəsində kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsinin dayandırılması barədə qərar qəbul edib.
 
Nazir müavini bildirib ki, bu addımlara adekvat olaraq, sahibkarlar da işlərini şəffaflıq prinsipləri əsasında qurmalı, vergilərini düzgün hesablayıb dövlət büdcəsinə tam həcmdə və vaxtında ödəməlidirlər.
 
Vergi uçotunun aparılmasında şəffaflığın təmin olunması hazırda qarşıda duran ən mühüm məsələlərdən biridir. Vergi ödəyiciləri dövriyyələrini düzgün göstərməli və sənədləşdırmə işlərini qaydasına salmalıdırlar. Bu sahədə hansısa problemlə üzləşən vergi ödəyiciləri Bakı Vergilər Departamentinə və müvafiq ərazilərdəki vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.
 
Vergilər nazirinin müşaviri, Bakı Vergilər Departamentinin rəisi vəzifəsinin müvəqqəti icraçısı Habil Məmmədov çıxış edərək, ticarət obyektlərində sənədsiz malların satışının yolverilməz olduğu və yaxın vaxtlarda bununla bağlı nəzarət tədbirlərinin keçiriləcəyi barədə məlumat verib. 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org