Nazir kollec direktorunu isden qovdu

12:04 – xeber – Bakı şəhəri Nizami rayonunda yerləşən Bakı Qida Sənayesi Kollecinin ərazisinə müdaxilə faktı aşkar edilib.
 
Təhsil Nazirliyindən Axar.az-a verilən məlumata görə, kollecin ərazisindəki futbol meydançasının üzərində “İnteks MMC” şirkəti tərəfindən yeni yaşayış kompleksinin inşaat işlərinə başlanılıb. Bununla əlaqədar təhsil müəssisəsinin binasının zirzəmisində və bəzi sinif otaqlarında çatlar yaranıb. Tikinti işlərinə cəlb olunan texnikanın kollecin tədris binasına çox yaxın olması, özül üçün qazıntı işlərinin aparılması binanın möhkəmliyinə zərər yetirib.
 
Aparılan tikinti işləri tədris prosesinin gedişinə ciddi maneə törətməklə yanaşı kollecin pedaqoji və tələbə kontingentinin həyat və sağlamlığı üçün təhlükə törədir.
 
Bakı Qida Sənayesi Kollecinin direktoru Anar Mayılov səhlənkarlıq göstərərək kollecin ərazisinə müdaxilənin qarşısının alınması üçün lazımı tədbirlər görməyib. Yol verdiyi nöqsanlara görə A.Mayılov təhsil nazirinin müvafiq əmri ilə 23 sentyabr 2016-cı il tarixində tutduğu vəzifədən azad edilib. Qeyd olunan ərazidə tikinti işlərinin dərhal dayandırılması barədə aidiyyəti dövlət qurumlarının qarşısında məsələ qaldırılıb.
 
Təhsil müəssisələrinin ərazilərinin zəbt olunmasına cəhd edənlər birmənalı şəkildə qəbul etməlidir ki, bu cür hərəkətlərlə təhsilalanların Konistitusiya hüquqlarının pozulmasına səbəb olurlar. Təhsil müəssisələrinin ərazilərinin zəbt olunması hallarına qarşı Azərbaycan Respublikası qanunvericiliyi çərçivəsində ciddi mübarizə tədbirləri davam etdiriləcək.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org