Nazir Çin sefiri ile gorusdu – Foto

10:13 – xeber – İqtisadiyyat naziri Şahin Mustafayev Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuinu qəbul edib.
 
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumatda bildirilir ki , görüşdə nazir Ş.Mustafayev Azərbaycan və Çin arasında siyasi-iqtisadi sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci ildə Çin Xalq Respublikasına rəsmi səfərinin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində xüsusi rolunu vurğulayıb.
 
Azərbaycan-Çin iqtisadi əlaqələrinə və əməkdaşlıq perspektivlərinə dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə nazir Şahin Mustafayev qeyri-neft sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu bildirmiş, Çinlə sənaye, kimya, kənd təsərrüfatı, turizm, İKT və s. sahələrdə əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu diqqətə çatdırmışdır. Bundan başqa, Çin şirkətlərinin Azərbaycanda yaradılan Sumqayıt Kimya Sənaye Parkında fəaliyyəti üçün də geniş potensial mövcuddur.
 
Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, Azərbaycan Respublikası Prezidentinin ötən il Çinə səfəri çərçivəsində keçirilmiş görüşlərin və imzalanmış sənədlərin ölkələr arasında əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb. Səfir Xun Tsyuin iqtisadi əlaqələrin inkişaf perspektivlərinə dair fikirlərini bölüşmüş, görüşdə səsləndirilən təkliflərin potensial investorlara çatdırılacağını bildirib.
 
Nazir Ş.Mustafayev Çin Xalq Respublikasının Kommersiya nazirini və iş adamlarını Azərbaycana səfərə dəvət edib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org