Nazir ceza verdiyi muzey direktorunu isden cixardi

14:00 – xeber – Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva təqaüdə göndərildi. Bu barədə ANS PRESS-ə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Şıxəmmədov xəbər verib.

“Bu barədə bu gün nazirliyin kollegiya iclasında qərar verilib. Nazir Əbülfəs Qarayev 71 yaşlı R.Tağıyevanı təqüdə yollayıb. Onun işinə tam xitam 1 yanvar 2016-cı il tarixində son veriləcək. Bu heç bir zərurətdən deyil, sadəcə yaş həddiylə əlaqədar qəbul olunmuş qərardır”.

Ə.Qarayev bu gün keçirilən kollegiya iclasında onu da vurğulayıb ki, Xalça Muzeyinin direktoru Röya Tağıyeva təcrübəli muzey işçisidir.

“Mən imkan vermərəm ki, onun 50 ildə qazandığı nailiyyətlər heç olsun. O, hörmət-izzətlə təqaüdə göndəriləcək. Xalça Muzeyində nöqsanlar var idi. Onların aradan qaldırılması üçün tədbirlər görüldü. Bütün bunlara baxmayaraq, heç kim hay-küy salıb Xalça Muzeyinin əleyhinə danışmamalıdır”.


Ə.Qarayev -Mədəniyyət və Turizm Naziri

Nazir R.Tağıyevaya fəaliyyətinə görə təşəkkür edərək ,onun vəzifəsini müvəqqəti olaraq muzeyin baş mühafizi Mira Məmmədxanovaya tapşırıb.


Xalça muzeyi

R.Tağıyeva noyabrın 27-də muzeyin fəaliyyətində yol verdiyi nöqsanlara, kollektivdə normal iş ahənginin pozulmasına şərait yaratdığına, rəhbərlik etdiyi muzeydə əmək və icra intizamına ciddi əməl olunmasını təmin etmədiyinə görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdi.


Əlikram Əliyev-Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev də vəzifəsindən azad edilib. Nazir bu vəzifəyə Nizami Kino Mərkəzinin direktoru Vüqar Zeynalovu təyin edib.

mənbə :
anspress

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org