Nazir Berlinde Cenub Qaz Dehlizinden danisdi

19:50 – xeber – Azərbaycanın energetika naziri Natiq Əliyev Almaniyanın paytaxtı Berlində “Avropada enerji transformasiyasının yenidən təşkili: rəqabətli, təhlükəsiz, innovativ” adlı konfransda iştirak edib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Natiq Əliyev konfrans çərçivəsində “Rəqabətli Avropa üçün enerji infrastrukturunun transformasiyası” mövzusunda dəyirmi masada iştirak edib və nitq söyləyib. Nazir çıxışında Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin rolu, “Cənub” qaz dəhlizi layihəsi üzrə görülən işlər və gələcək əməkdaşlıq perspektivləri barədə məlumat verib.
 
Tədbirdə Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviç, rəqəmsal iqtisadiyyat və cəmiyyət üzrə komissarı Qünter Öttinqer, Almaniyanın Federal Kansler Aparatının rəhbəri, xüsusi tapşırıqlar üzrə nazir Peter Altmayer, Almaniyanın federal ətraf mühit və təbiətin qorunması naziri Barbara Hendriks, Almaniya Bundestaqının deputatları, dünyanın böyük enerji şirkətlərinin rəhbər şəxsləri, Almaniyanın nüfuzlu sənaye birliklərinin və assosiasiyaların rəhbərləri və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.
 
Konfransı Almaniyanın hakim Xristian-Demokratlar Birliyi partiyasının İqtisadiyyat Şurası (Wirtschaftsrat der CDU) təşkil edib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org