Nazarbayevin Erdogana hediyye etdiyi cadir – Foto

23:35 – xeber – Əgər maddi vəziyyətiniz Türk dünyasını gəzməyə imkan vermirsə, bunun çox sadə bir yolu var.
 
İstanbulda Türk Dünyası Kültür məhəlləsini gəzmək.
 
Siz bu məhəlləyə gəlməklə qırğız çadırlarını görür, Qız qalasının, Burana qalasının əzəmətini seyr edir, Xoca Əhməd Yəsəvinin otağında mənəvi dünyanıza qapılır, onun türbəsini ziyarət edir, Bilgə xaqanın, Gültəkinin, Tonyukukun vəsiyyətləri ilə tanış olursunuz…
 
Biz də bu məqsədlə dünən həmin məhəlləyə yollandıq.
 
Qapıdan içəri girdiyimizdə sol tərəfdə bir qırğız çadırı və Orxon abidələri ilə tanış oluruq. Türk əlifbası ilə yazılmış bu abidə Göytürk xaqanlığı dönəminə şahidlik edir. Bu gün Rusiya, Monqolustan ərazilərində bu abidələrin orijinallarını görmək imkanımız olmasa da, maketlərinə baxıb təsəlli tapırıq. Qırğız çadırının yanında Qız qalasını, onun yanında isə Azərbaycan Kültür Evini görürük.
 
Buradakı hər türk ölkəsinin evinin önündə o ölkənin bayrağı dalğalanır, həmin ölkəyə xas hər hansı bir simvol görünür. Məsələn, Azərbaycan evində ilk gözə çarpan xalçalarımız olur.
 
Ərazidə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr, Tatarıstan, Başqırdıstan evləri yerləşir. İstanbul Böyükşəhər Bələdiyyə başqanı Kadir Topbaşın “ən böyük xəyalım” adlandırdığı bu məhəllədə bu ölkələrin mədəniyyətlərini əks etdirən sərgilər keçirilir, dil kursları təşkil edilir.
 
Ərazidə Orta Asiyanın göz oxşayan çadırları yerləşir. Qırğız çadırı 2013-cü ildə Qırğız Respublikasının parlamenti tərəfindən hədiyyə edilib. Qazax çadırı isə prezident Nursultan Nazarbayev tərəfindən 2011-ci ildə o zaman Türkiyənin baş nazir olan R.T.Ərdoğana hədiyyə edilib.
 
Məhəllədəki “Turkuvaz” adlı mağazada türk dünyasını əks etdirən əşyalar satılır.
 
Zinnət adlı restoranda isə türk dünyasına xas yeməklərin dadına baxa bilirsiniz.
 
Beləliklə, böyük Türküstana səfərə çıxmazdan öncə kiçik Türküstanı gəzib geniş bilgi əldə edə bilərsiniz.
 
Teleqraf.com Türk Dünyası Kültür Məhəlləsindən fotoları təqdim edir:

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org