Nazarbayev Keyki batirin basini vetene qaytardi

12:13 – xeber – Bu gün Astanaya Moskvadan xüsusi reyslə 1916-cı ildə Qazaxıstanda başlamış milli azadlıq hərəkatının əsas liderlərindən olan Nurmaqambet Kokembayulının (Keyki batır ləqəbi ilə məşhurdur – red.) kəllə sümüyü göndərilib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Qazaxıstan Mədəniyyət və İdman Nazirliyi yayıb.
 
Qeyd edək ki, Keyki batırın qalıqlarının öz ölkəsinə qaytarılmasını avqustda Soçidə Rusiya Baş naziri Dmitri Medvedyevlə görüşü zamanı Qazaxıstan Prezidenti Nursultan Nazarbayev xahiş edib.
 
Keyki batır 1916-cı ildə başlayan Torqay üsyanının əsas lideri olub. 1917-ci ildə Rusiyada baş tutan inqilabdan sonra Keyki batır çar hökuməti kimi bolşeviklərin də hakimiyyətini tanımayıb və Qazaxıstanın bütövlüyü uğrunda onlara qarşı mübarizə aparıb. 1923-cü ildə Keyki batır Qızıl Ordu tərəfindən ələ keçirilib. Sonradan bolşeviklər onun başını və əllərini kəsiblər. Xalq qəhrəmanının başı və əlləri məhz bolşeviklər tərəfindən daha sonra Orenburqa aparılır.
 
Keyki batırın başsız qalan bədəni isə hamilə olan həyat yoldaşı və qardaşının cəsədlərinin yanına yerləşdirilib. Onların necə dəfn edilsi indiyə qədər heç kimə bəlli deyil. 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org