Nazarbayev 5-ci kalona qarsi herekete kecir

21:15 – xeber – Qazaxıstandakı proseslər bəzi xarici qüvvələr və daxildəki 5-ci kalonun dəstəyi ilə daha da qabardı.
 
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. O, daxildə və xaricdə dağıdıcı fəaliyyət göstərən qüvvələrin Qazaxıstanda səfərbərliyə keçdiyini deyib:
 
“Ölkədə bəzi qüvvələrin sosial zəmində narazılıqları məhz bu ziddiyyətlər və torpaq kodeksinin ortaya çıxmasından sonra baş qaldırdı. Proseslər isə bəzi xarici qüvvələr və daxildəki 5-ci kalonun dəstəyi ilə qabardı, terror hadisələri fonunda daha da gərginləşdi. Hazırda Nazarbəyov olduqca qətiyyətli davranır. O, mahir bir idarəçi kimi proseslərin daha geniş vüsət almasını əngəlləyə bilir. Ölkədəki vəziyyəti beynəlxalq institutların “rəngli inqilablar” sevdası prizmasından da qiymətləndirmək olar. Çünki bütün bu cəhdlər xaricdən müdaxilə anlamına gəlir”.
 
Politoloq hesab edir ki, Şimali Qafqazda özləri üçün dayaq nöqtəsi tapan beynəlxalq terror dəstələri, o cümlədən İŞİD və Əl Qaidənin də bu proseslərdə fəallığı özünü əks etdirir:
 
“Vəziyyət gərgin olsa da, Qazaxıstanda sosial problemlər həll edilmək üzrədir. Çünki Nazarbayev torpaq kodeksi ilə bağlı bütün mübahisəli məqamları doğuran müddəalara yenidən baxılmasına dair qərar verib.
 
Terror qruplaşmlarının dəsti-xətti, xof yaratma meyilləri, bir müddət öncə Mərkəzi Asiya ilə bağlı yeni cəbhə xətlərinin Qazaxıstan, daha sonra isə Qırğızıstandan keçəcəyinə dair təhdidləri, hətta Qafqazın adının hallanması təsadüfi deyil. Beynəlxalq təşkilatlarla yanaşı, bağlı struktur və fövqəlqüvvələrin sayələrində fəaliyyət göstərən, siyasi texnologiyalarla məşğul olan mərkəzlərin də bu işdə dəsti xətti görünür”.
 
Qeyd edək ki, Qazaxıstanda xalqı meydanlara çıxmağa vadar edən səbəb Torpaq Məcəlləsində torpaq sahələrinin 25 il müddətinə xarici vətəndaşlara icarəyə verilməsini nəzərdə tutan düzəlişlərlə bağlıdır.
 
Mayın əvvəlində qəbul olunmuş düzəlişdən sonra gözlənilmədən bir sıra iri şəhərlərdə – Aktau, Aktobe, Semeye, Janozene və Qızılordada etiraz aksiyaları başlayıb.
 
İyunun 5-də bir qrup şəxs əvvəlcə iki silah mağazasına basqın edib, daha sonra hərbi hissələrə hücum çəkib.
 
Anti-terror əməliyyatları zamanı 13 ekstremist öldürülüb, 14-ü yaralanıb. 6 terrorçu axtarışdadır.
 
İyunun 6-da ölkədə ən yüksək terror təhlükəsi “qırmızı hədd” elan edilsə də, sonradan 40 gün müddətində bu, “sarı hədd”ə salınıb.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org