“Naz Lifan”in yeni modelleri hazirlanir – Foto

11:29 – xeber – Prezidentin məmurlara tövsiyə etdiyi “Naz Lifan” markalı avtomobillərin yeni modelinin istehsalına başlanır.
 
Axar.az-ın xəbərinə görə, “NAZ-Lifan X-50” və “NAZ-Lifan-820” modelləri yaxın vaxtlarda alıcılara təqdim ediləcək. 
 
Zavod Azərbaycanda yeganə müəssisədir ki, avtomobillərin bütün hissələri burada yığılır. Bu da zavodda istənilən modeldə minik və yük avtomobillərinin istehsalına imkan verir.
 
Müəssisədə möhürləmə, qaynaq və boyama sahələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Bu isə ban hissələrinin sökülü vəziyyətdə gətirilməklə müəssisədə qaynaq olunmasına imkan verəcək.
 
Hazırda muxtar respublikada, Bakı, Sumqayıt, Gəncə, Neftçala, Xaçmaz və Qubada  “NAZ-Lifan” markalı minik avtomobilləri ilə taksi xidməti göstərilir.
 
Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu 2010-cu ildən fəaliyyətdədir. Zavodda Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb.
 
İstehsal prosesi konveyer üsulu ilə təşkil edilib. İlk vaxtlar müəssisədə “NAZ-Lifan” markası ilə istehsal edilən avtomobillər baqaj hissəsi salonda olan “320” (xetçbek) və baqaj bölməsi salondan kənarda yerləşən “620” (sedan) modellərindən ibarət olub.
 
Mühərrik və sürət qutusuna 2 il zəmanət verilən avtomobillərin satışı nağd və ya sərfəli kredit şərtləri ilə aparılır. Xatırladaq ki, dövlət başçısı məmurlara yerli istehsal olan maşınlardan istifadəni tövsiyə edib. 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org