Naxcivanda komanda-qerargah telimi – Foto


[r32]
– xeber –
Naxçıvanda komanda-qərargah təlimi keçirilir.
APA-nın məlumatına görə, təlim çərçivəsində qoşunların döyüşə hazırlığının yoxlanılması məqsədi ilə birləşmə və hissələr “Həyəcan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarına çıxarılıb.
Cəmləşmə rayonlarında idarəetmə sistemləri vasitəsilə qoşunların idarə olunması praktiki həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Əlahiddə Ümumqoşun Ordunun birgə fəaliyyəti ilə tibb müəssisələrindən hərbi vəzifəli şəxslərin və təcili tibbi yardım maşınlarının səfərbərlik üzrə toplanması və təyinatı üzrə bölüşdürülməsi həyata keçirilib.
Şəxsi heyətin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi məqsədi ilə hərbi səhra hospitalının hərbi həkim heyəti tərəfindən səfərbərliyə alınmış hərbi vəzifəlilərə göstərici dərs və məşğələlər keçirilib. Təlimin gedişində Naxçıvan səhiyyə naziri Niyazi Novruzov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Səxavət Salmanov, müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayev səfərbərlik üzrə tibb müəssisələrindən təlimə cəlb edilmiş hərbi vəzifəlilərlə görüşüblər.
Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordunun müxtəlif güc strukturları ilə birgə keçirilən komanda-qərargah təlimi davam edir.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org