Naxcivanda 12 vezifeli sexs cerimelenib

6 Yanvar 2016 23:49 – xeber –
Naxçıvan Muxtar Respublikasında işçilərin əmək hüquqlarının təmin edilməsi məqsədilə qeyri-formal məşğulluğun qarşısının alınması, işəgötürülən şəxslərlə əmək müqavilələrinin bağlanması və əməkhaqlarının reallığı əks etdirməsinə nəzarət gücləndirilib.
Olkem.az APA-ya istinadən bildirir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-2015-ci illər ərzində Naxçıvanda 712 sahibkarlıq obyektində 520 yeni əmək müqaviləsi bağlanıb, 1495 əmək müqaviləsində əməkhaqların real göstərilməsinə nail olunduğunu açıqlayıb.
Əmək müqaviləsinin bağlanmamasına görə 3 fiziki şəxsə 3 min manat məbləğində cərimə tətbiq olunub, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə edilməməsi səbəbindən 217 işçi tikinti sahəsindən uzaqlaşdırılıb, 484 işçi həmin vasitələrlə yerində təmin edilib. Aşkar olunan nöqsanların aradan qaldırılması məqsədilə 47 halda icrası məcburi olan göstəriş verilib. Əməyin mühafizəsi üzrə tələblərin pozulmasına görə 12 vəzifəli şəxsə 12 min 200 manat məbləğində cərimə tətbiq edilib. Ötən illər ərzində 949 müəssisədə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə- əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilələrinin bağlanmasına nail olunub.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org