NATO tanklarinin ehatesinde ozgurluk gunu – Tiflis

10:22 – xeber – Gürcüstanda Müstəqillik günü böyük təmtəraqla qeyd olunur.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Tiflisin mərkəzində, Azadlıq meydanına uzanan küçələrdə böyük izdiham yaşanıb.
 
Tədbirin diqqətçəkən əsas məqamlarından biri də Gürcüstanın Müstəqillik gününə NATO-nun qoşun hissələrinin top-tüfənglə, tankla qatılması olub. Əsas dövlət bayramında iştirak etmək üçün ümumilikdə 800 NATO hərbçisi mayın 9-da Gürcüstana ABŞ hərbi hava qüvvələrinin 3 təyyarəsi ilə gətiriliblər.
 
Yada salaq ki, Gürcüstan Demokratik Respublikası Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından 2 gün əvvəl – 1918-ci il mayın 26-da yaradılıb.
 
Noe Jordaniyanın rəhbərliyi altında müstəqil elan edilən Gürcüstan Demokratik Respublikasını 18 mart 1921-ci ilə – süqut edənə qədər 23 dövlət tanıyıb.
 
Mayın 26-da baş tutan paradda NATO-ya daxil olan 4 dövlətin – ABŞ, Fransa, Böyük Britaniya və Yeni Zelandiyanın qoşunları Gürcüstan hərbçiləri ilə birgə iştirak ediblər. Gürcüstanın növbəti dəfə müstəqilliyini elan etməsindən ötən 25 il ərzində ilk dəfə NATO qoşun hissələri belə bir mühüm dövlət tədbirinə qatılıblar.
 
Musavat.com-un Tiflisdən hazırlanan reportajında bildirilir ki, tədbirdə iştirak edən turistlər sırasında Ukrayna və Azərbaycandan gələnlər çoxluq təşkil edib. Maraqlı məqamlardan biri də tankların, hərbçilərin Azadlıq meydanına, Gürcüstana demokratiyanın gəlişinə qucaq açmış bir məkana yerləşdirilməsi olub. 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org